Məhkəmə qərarları › İş №2(067)-1202/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1202/2024

27.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1202/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, Ərizəçi şəxsin öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni araşdıraraq müəyyən etdi ki, ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinin tələblərinə uyğun olmadığından, yəni həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, ərizəçi ərizəsində maraqlı şəxsi düzgün göstərməmişdir. Göstərilənlərə əsasən ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi şəxsin öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar