Məhkəmə qərarları › İş №2(067)-1203/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1203/2020

02.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1203/2020 02.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X3 və X6 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X7 və X8 doğma əmisidir. Əmiləri 1-ci dərəcəli əlildir, onlar anadangəlmə əlil doğulmuşlar. Əmilərinə müddətsiz əlillik dərəcəsi verilmişdir. Əmiləri psixi qüsurlarına görə əlil olmuşlar. Onlar özlərini idarə edə bilmirlər, kənar qulluğa ehtiyacları vardır. Əmiləri onun tərəfindən idarə edilir, onların büutün ehtiyaclarını ödəyir və onlar müstəqil yaşaya bilmirlər. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı tərəf Xaçmaz rayon İcra Hakimiyyətinə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1993-cü ildə anadan olmuşdur. X2, anası X1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2638 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X4 orta kəmağıllıq pozuntuları ilə aşkar olunur. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar