Məhkəmə qərarları › İş №2(067)-1211/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1211/2022

10.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1211/2022 10.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 adına yazılmış 30 aprel 2001-ci il tarixli, 70 №-li Xaçmaz rayon İcra Hakimiyyətinin sərəncamı 31 yanvar 2019-cu il tarixdə vəfat etmiş mərhum atası X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun adı Leyla, ata adı Qair, soyadı isə Hacımirzəyevdır. xx.xx.1964-cü ildə anadan olmuşdur. Onun ata soyadı Vələdova olmuşdur, lakin rəsmi nikaha daxil olduğundan ər soyadı olan Hacımirzəyeva soyadını qəbul etmişdir. Mərhum atası X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra birinci dərəcəli vərəsəsi olduğundan ondan qalan əmlaklar ona keçmişdir. 30 aprel 2001-ci il tarixli, 70 №-li Xaçmaz rayon İcra Hakimiyyətinin sərəncamı ilə Xaçmaz rayonunun Nabran kəndi ərazisindən mərhum atasına “İstirahət düşərqəsinin tikintisi üçün, 10 ha torpaq sahəsi ayrılmışdır. Hal-hazırda sərəncama əsasən ayrılmış torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirərək torpaq sahəsinə dair mülkiyyət sənədi (çıxarış) almaq qərarına qəlmişdir. Bu məqsədlə sənədlərini 5 saylı Ərazi idarəsinə təqdim edərkən 30 aprel 2001-ci il tarixli, 70 N-li Xaçmaz rayon İcra Hakimiyyətinin sərəncamında mərhum atası xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 adı “Qair” olduğu halda səhvən “Tahir” ata adı isə “Zahuddin” olduğu halda səhvən “Zahiddin” kimi qeyd yazısında sənədlərdə uyğunsuzluq yaranmışdır. Bu səbəbdən 5-saylı Ərazi İdarəsi tərəfindən imtina verilmiş, ona tövsiyyə edilmişdir ki, mərhum atasına verilmiş sənəddə olan uyğunsuzluğun aradan qaldırılması məhkəmə qaydasında təstiq edildikdən sonra sənəddə olan uyğunsuzluq aradan qalxar və o yeni sənəd ala bilər. Hazırda o baş verimiş uyğunsusluğu digər qaydada aradan qaldıra bilmir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X3 ərizəni müdafiə edərək bildirmişdir ki, Ərizəçi onun anasıdır. Onun ata soyadı Vələdova olub və sonradan ailə qurarkən ər soyadı olan Hacımirzəyeva soyadını qəbul edib. Anasının atası X11 xx.xx.2019-cu il tarixdə vəfat edib. Onun vəfatından sonra birinci dərəcəli vərəsəsi kimi atasından qalan əmlaklar anasına keçib. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 70 saylı sərəncamı ilə Xaçmaz rayonunun Nabran kəndi ərazisindən anasının mərhum atasına istirahət düşərgəsinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılıb. Hazırda həmin sərəncama əsasən ayrılmış torpaq sahəsinin vərəsəlik qaydasında anasının adına rəsmiləşdirərək torpaq sahəsinə dair mülkiyyət sənədi almaq istəyərkən məlum oldu ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 70 saylı sərəncamında anasının mərhum atası X6 adı səhvən Tahir kimi, ata adı isə səhvən Zahiddin kimi qeyd edilib. Torpaq sahəsi təhkim olunandan bəri əvvəlcə babasının, sonra isə anaasının istifadəsində olub və sənəddəki yanlışlığa fikir verməyiblər. Hazırda isə sənəddə yanlışlıq olduğundan, mülkiyyət sənədinin verilməsi mümkün deyil. Ona görə də anası hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. X6 adına Xaçmaz rayonunun Nabran kəndi ərazisində istirahət düşərgəsinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. X11 xx.xx.2019-cu il tarixdə vəfat edib. Ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli 70 nömrəli Sərəncamından müəyyən olunur ki, X5 adına Xaçmaz rayonunun Nabran kəndi ərazisində istirahət düşərgəsinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılıb. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Kömitəsinin xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, X6 adına Xaçmaz rayonunun Nabran kəndi ərazisində istirahət düşərgəsinin tikintisi üçün 0,10 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan V-ЖГ seriyalı 428156 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 xx.xx.1964-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Onun atası X11, anası X7r. İş materiallarında olan AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 345406 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 xx.xx.2019-cu il tarixdə vəfat edib. İş materiallarında olan İV-ЖГ seriyalı 363909 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 ilə X12 xx.xx.1987-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Nikahdan sonra X12 “Hacımirzəyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Nabran İƏD Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 349 saylı arayışından müəyyən olunur ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli 70 nömrəli X1 adı və ata adı mexaniki səhv olaraq X4 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 30 aprel 2001-ci il tarixli, 70 №-li Xaçmaz rayon İcra Hakimiyyətinin sərəncamının 31 yanvar 2019-cu il tarixdə vəfat etmiş X9 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 aprel 2001-ci il tarixli, 70 №-li Xaçmaz rayon İcra Hakimiyyətinin sərəncamının 31 yanvar 2019-cu il tarixdə vəfat etmiş X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar