Məhkəmə qərarları › İş №2(067)-1212/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1212/2022

28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1212/2022 28.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş JN-066A seriyalı, 30224018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin o - Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, rayonlarda aparılan Aqrar İslahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 2000-ci il tarixli, 22 saylı qərarına əsasən mülkiyyətlərinə Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən 0,10 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adına torpağa mülkiyyət hüququna dair JN- 066A seriyalı, 30224018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında o - Ərizəçi adı “Asiya” olduğu halda səhvən “ Aysel ” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olabiləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN-066A seriyalı, 30224018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona görə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Adının səhvən yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının İƏD nümayəndəsi müafıq arayış vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.2000-ci il tarixli 22 saylı qərarı ilə ona Xaçmaz rayonunun Çarxı kəndində 0,10 ha həyətyanı torpaq sahəsi ayrılıb. Həmin torpaq sahələrinə mülkiyyət hüququna dair ona JN- 066A seriyalı 30224018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilib. Lakin Şəhadətnamədə onun adı Asiya əvəzinə səhvən Aysel kimi qeyd edilib. Torpaq sahəsi ona təhkim olunandan bəri istifadəsində olub və sənəddəki yanlışlığa fikir verməmişdir. Hazırda torpaq sahəsinə mülkiyyət hüququna dair yeni mülkiyyət sənədi almaq istəyir. Lakin Şəhadətnamədə adında yanlışlıq olduğundan, bunu edə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Torpaq sahəsi ötən müddət ərzində istifadəsində olduğuna görə sənəddəki yanlışlığa fikir verməmişdir. Məhkəmə iclası təxirə salınarsa tələbi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilər. Ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında Torpağın mülkiyyətə verilməsinə dair JN-066A seriyalı 30224018 saylı Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 2000-ci il tarixli, 22 saylı qərarına əsasən X2 Xaçmaz rayonu, Çarxı kəndindən cəmi 0.10 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan doğum haqqında şəhadətnamədən və AZE seriyalı ******** şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Xaçmaz rayonun, Çarxı kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Çarxı İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 121 saylı arayışından müəyyən olunur ki, JN-066A saylı Şəhadətnaməsində Ərizəçi adı səhv olaraq “X3” kimi yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 adına verilmiş JN-066A seriyalı, 30224018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 adına verilmiş JN-066A seriyalı, 30224018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar