Məhkəmə qərarları › İş №2(067)-122/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-122/2020

04.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-122/2020 04.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı İsrafilova (Qocayeva) Ramilə Oruc qızının nümayəndəsi və vəkili X7, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İsrafilova (Qocayeva) Ramilə Oruc qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Qocayeva (Abdullayeva) Dilarə Pənah qızına qarşı əmlakdan payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq torpağa mülkiyyət hüququna dair JN-188 nömrəli dövlət aktına əsasən onun və cavabdehlərin ümumi birgə mülkiyyətində olan Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi üzərində onun payının 1/6 hissədə (0,57 ha ölçüdə) müəyyən olunması, həmin payın naturada ayrılaraq onun sahibliyinə verilməsi və torpaq sahəsinin ümumi birgə mülkiyyətə verildiyi 1999-cu ildən 2019-cu ilə kimi istifadəsindən əldə edilmiş gəlirdən onun payına düşən hissəsinin kompensasiyası kimi 100000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X2 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Xaçmaz rayon Gödəkli kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3,43 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə ona və cavabdehlərə ayrılmışdır. Torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdeh1 əmisi digərləri isə onun ailə üzvləridir. Torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərinə verildiyi vaxtdan hazırki vaxta kimi cavabdehlər tərəfindən istifadə olunur və bu günə kimi həmin torpaq sahəsinin istifadəsindən yaranan bəhər, məhsul və digər gəlirlərdən ona heç bir şey verilməmişdir. Bir neçə dəfə cavabdehlərə mülkiyyətlərində olan torpaq sahəsində onun payının ayrılmasını, birgə mülkiyyətlərində olan əmlakdan istifadədən əldə olunan gəlirdən onun payına düşən hissəni vermələrini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Mübahisəli torpaq sahəsi cavabdehlərlə eyni səviyyədə torpaq sahəsi üzərində mülkiyyət hüququ və həmin hüququn elementlərini təşkil edən sahiblik, istifadə və sərəncam hüququ mövcuddur. Mübahisəli torpaq sahəsi üzərində payının müəyyən olunaraq onun sahibliyinə verilməsi ilə yanaşı, cavabdehlərdən hazırki vaxta kimi mübahisəli torpaq sahəsindən istifadə nəticəsində əldə edilmiş gəlirdən ona kompensasiya verilməsini də tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək torpağa mülkiyyət hüququna dair JN-188 nömrəli dövlət aktına əsasən onun və cavabdehlərin ümumi birgə mülkiyyətində olan Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/6 hissədə müəyyən olunmaqla, həmin payın naturada ayrılaraq iddiaçının sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 3,43 hektar torpaq sahəsində 1/6 hissədə payının olmasını və həmin payın naturada bölünməsinə etiraz etməmişlər. Bu barədə ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X8 arasında nikah xx.xx.2008-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın ərinin soyadı olan İsrafilova soyadını qəbul etmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 188 saylı 30204028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon X2 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən X6, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və X3 mülkiyyətlərinə 3,43 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan «xxxxxxxx» MMC-nin rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN 188 saylı 30204028 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/6 hissədə (0,57 ha ölçüdə) naturada ayrılması mümkündür. Torpağa mülkiyyət hüququna dair JN 188 saylı 30204028 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/6 hissədə (0,57 ha ölçüdə) naturada ayrılan hissəsi 0,57 ha olmaqla cədvəl 1-də qeyd olunan ölçülər daxilində mümkündür. İş materiallarından görünür ki, iddiaçı mütəxəssis rəyinin alınması üçün «xxxxxxxx» MMC-nin hesabına 300 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN 188 saylı 30204028 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/6 hissədə (0,57 ha ölçüdə) naturada ayrılması mümkündür. Torpağa mülkiyyət hüququna dair JN 188 saylı 30204028 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/6 hissədə (0,57 ha ölçüdə) naturada ayrılan hissəsi 0,57 ha olmaqla cədvəl 1-də qeyd olunan ölçülər daxilində mümkündür. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. JN 188 saylı 30204028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən birgə mülkiyyətdə olan 3,43 ha torpaq sahəsindən iddiaçı İsrafilova (Qocayeva) Ramilə Oruc qızının payı 1/6 hissədə (0,57 ha) müəyyən edilsin. Həmin əmlakdan iddiaçının payı xx xxxx 2020-ci il tarixli ekspert rəyində və xx xxxxx 2020-ci il tarixli mütəxəssis rəyində müəyyən edilən qaydada (cədvəl 1-də qeyd olunan ölçülər daxilində) naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Qocayeva (Abdullayeva) Dilarə Pənah qızından müştərək qaydada alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar