Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1223/2024 02.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Xaçmaz rayon Məhkəməsinə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə müraciət edərək, doğma övladı 12 yanvar 2006-cı il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğma övladı 12 yanvar 2006-cı il təvəllüdlü X6 uşaqlıqdan “Ağır dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik emosiya və davranış pozuntusu, İQ-20 bal” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya xidməti 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının müvafiq rəyi ilə ona İ dərəcəli əlillik qrupu müddətsiz olaraq təyin edilmişdir. Habelə göstərilir ki, əmək qabiliyyətsizdir. Xəstə olduğuna görə məktəbə getməmiş, yazıb-oxuya bilmir. Ona pensiya təyin edilməsi üçün müvafiq sənədlərin hazırlanmasında onun iştirakı və imzası lazım olsa da, öz hərəkətlərinə cavab verə bilmədiyinə və savadsızlığına görə həmin sənədlərin hazırlanmasında və imzalanmasında iştirak edə bilmir. Qeyd edir ki, 08 iyul 2004-cü ildə X1 ilə rəsmi nikah əsasında evlənmişlər. Həyat yoldaşı X1 xx.xx.2020-ci ildə Tərtər Ağdərə bölgəsində 44 günlük müharibədə şəhid olmuşdur. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 061155 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ilə Ərizəçi birgə nikanından 12 yanvar 2006-cı il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya xidməti 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyinin elektron çxarışından müəyyən olunur ki, 12 yanvar 2006-cı il təvəllüdlü X3 orqanizmin funksiyalarının 85% nin pozulması müəyyən edilərək ona “F72 ağır dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik emosiya və davranış pozuntusu, İQ-20 bal” diaqnozu qoyulmuş və birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 2317 saylı rəyindən müəyyən olunur ki, 12 yanvar 2006-cı il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 12 yanvar 2006-cı il təvəllüdlü qızı X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 12 yanvar 2006-cı il təvəllüdlü qızı X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1223/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1223/2024
02.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver