Məhkəmə qərarları › İş №2(067)-1224/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1224/2024

08.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1224/2024 08.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə Ərizəçi «Şəxsin fəliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 06 yanvar 1977-ci il təvəllüdlü oğlu X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 06 yanvar 1977-ci il təvəllüdlü X10 onun oğludur. X18 Psixonevroloji mərkəzlərdə dəfələrlə stasionar müalicə almışdır. Ona üzvi mənşəli şəxsiyyət pozuntusu və əlavə olaraq tez-tez baş verən dekompensoniyalar diaqnozu qoyulmuş və ona bildirilmişdir ki, oğlu fəaliyyət qabiliyyətli deyildir. Həmçinin X17 xəstəliyinə görə 1-ci qrup əlillik təyin edilmiş, danışığında qüsurlar var, demək olar danışa bilmir və bir ayağı işləmədiyi üçün axsayaraq gəzir. Onun vəziyyəti hal-hazırda ağırdır. Öz hərkətlərinin mənasını dərk etmir, özünü idarə etmək qabiliyyətində deyil, ona yalnız özü baxır. X17 mütləq qaydada kənar şəxs nəzarət etməli, altı və paltarları təmizlənməli, daima nəzarətdə saxlanılmalıdır. Bu səbəbdən də oğlu xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Məhkəmə baxış iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verməklə ərizəsinin təmin edilməsini, oğlu X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X7 tələbi qəbul edərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Qaraçay-cek kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 14559906 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin oğlu X2 rayonunun Qaraçay-cek kəndində qeydiyyatdadır. İş materiallarında olan 24 yanvar 1977-ci il tarixli, İV-JQ seriyalı, 453028 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 yanvar 1977-ci ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində anadan olmuş, onun valideynləri Ərizəçi və X1r. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Aşağı-Zeyid kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli, 113 saylı arayışdan görünür ki, X10 hazırda Xaçmaz rayonunun Qaraçay-cek kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SER VTE-08, ******* nömrəli arayışından görünür ki, X10 ümumi xəstəlikdən uşaqlıqdan xəstə olmaqla müddətsiz birinci qrup əlildir, əməyə qadir olmamaqla əlavə köməyə ehtiyacı vardır. Mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsinin tələbinə müvafiq olaraq məhkəmənin 05 aprel 2024-cü il tarixli qərardadına əsasən X5 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması üçün mülki iş və X10 ekspertin sərəncamına göndərilmişdir. Qeyd olunan ekspertiza ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi»nin Publik Hüquqi şəxsin ekspertlərinin verdiyi 21 may 2024-cü il tarixli, 1457 saylı rəyin nəticə hissəsindən görünür ki: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X6 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ” (F71.0) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayipə zamanı aşkar olunan əlamətlər (ağıl zəifliyi ilə əlaqədar olaraq təhsil ala bilməməsi psixofizlkl inkişafının həmyaşıdlarından gen qalması. 1993-cü ildə binncı qrup əlil hesab edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, təfəkkürünün azprodiktivliyi, konkretliyi, yaddaş və intelektinın zəif olması, bilik ehtiyatının kasadlığı, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrık ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1977-ci ıl təvəllüdlü Xaçmaz rayonunun Qaraçay-Cek kəndində anadan olmuş X10 ağıl zəifliyindən və ya psixi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Yoxlanılan şəxs X6 orta dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində müəyyən edilir. 2-ci sual: X10 ağıl zəifliyindən və ya psixi xəstəlikdən əziyyət çəkirsə öz hərəkətlərinin mənasını başa düşürmü və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: Yoxlanılan şəxs X10 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 3-cü sual: X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilırmi? Cavab: Yoxlanılan şəxs X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin müəyyən olunmasını təsdiq edən sənədləri başqa qaydada ala bilməyib. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (Psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3.-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (Psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs olması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qanuna və məqsədəmüvafiqdir. Odur ki, ərizə təmin edilməklə 06 yanvar 1977-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307, 308, 317, 320, 321, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 06 yanvar 1977-ci ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar