Məhkəmə qərarları › İş №2(067)-1225/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1225/2022

17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1225/2022 17.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qeydiyyat kitabında 25 mart 1998-ci il tarixli 03 saylı qərarı və 29 nömrə ilə qeydiyyata alınmış “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028 F saylı, 30208058 kodlu Şəhadətnamənin ona-Ərizəçi və digər ailə üzvlərinə məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə ona və ailə üzvlərinə onların mülkiyyətinə Xaçmaz rayonu, Sibir-oba kəndi ərazisindən 0.25 ha pay torpaq sahəsi verilmişdir. Hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” JN- 028F saylı 30208058 kodlu Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin Şəhadətnamədə bir sıra yanlışlıqlara yol verilmişdir. Belə ki, onun adı Fuad, soyadı Rzayev ata adı isə Əli olduğu halda adı səhvən Anar, soyadı Rzayev ata adı isə Əli kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağlarına əhəmiyyət verməmişdir. Hazırda sənədləşmə ilə əlaqədar qızının adında yazılışında səhvə yol verildiyinə görə çətinlik yaranmışdır. Hazırda mülkiyyətinə yeni Çıxarış almaq üçün DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət etmişdir. Adının yazılışında Şəhadətnamədə yuxarıda göstərilən yanlışıqlar olduğuna görə onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Sibir-oba kəndində 0,25 ha həyətyanı torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-028F seriyalı 30208058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilib. Lakin Şəhadətnamədə onun adı səhvən Anar kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişdir. Bu yaxınlarda torpaq sahəsiylə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin JN-028F seriyalı 30208058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıq olduğundan, onlara yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə şəhadətnamədəki yalnışlığa fikir verməmişlər. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028 F saylı, 30208058 kodlu Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998ci il tarixli 03 saylı qərarı ilə X4, X1, X7, X6 və X3 Xaçmaz rayonunun Sibiroba kəndindən cəmi 0.25 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Xaçmaz rayonun, Sibiroba kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Dədəli İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 12 saylı arayışından müəyyən olunur ki, JN-028F saylı Şəhadətnamədə Ərizəçi adı mexaniki səhv olaraq X2 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028 F saylı, 30208058 kodlu Şəhadətnamənin Ərizəçi və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028 F saylı, 30208058 kodlu Şəhadətnamənin Ərizəçi və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar