Məhkəmə qərarları › İş №2(067)-1227/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1227/2022

14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1227/2022 14.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X11 və digər hüquq sahibinin adına verilmiş JN- 085 A seriyalı, 30225028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd olunan digər hüquq sahibi ilə birlikdə (yanaşı) 21 dekabr 2017-ci il tarixdə vəfat etmiş X6 da məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Rayonlarda aparılan Aqrar İslahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən onun və digər hüquq subyektinin mülkiyyətinə Xaçmaz rayonunun Zeyxuroba kəndi ərazisindən 0,09 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına JN-085 A seriyalı, 30225028 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə mərhum anası 21 dekabr 2017-ci il tarixdə vəfat etmiş X5 adı “Sayimat” olduğu halda səhvən “Səmmət”, ata adı isə ‘Məmmədmirzə” olduğu halda səhvən “Mirzə” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN-085 A seriyalı, 30225028 kodlu şəhadətnamədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 ad, ata adı səhv yazıldığından müraciətimin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona görə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Sənədində olan səhv onun səhvi deyil, o səhvi dövlətin nüməyəndəsi edib, o savadsız qadındır bu səhvi düzəltmək iqtidarında deyil. Dövlət nümayəndəsinin səhvinə görə o əziyyət çəkir, idarələri qəzir. Şəhadətnamədə olan səhvə görə o məsuliyyət daşımır. Adının səhv yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən müvafıq arayış vermişdir, Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə onun X3na və X12 Xaçmaz rayonunun Zeyxuroba kəndində 0,09 ha həyətyanı torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onların adlarına JN-085 A seriyalı 30225028 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilib. Lakin Şəhadətnamədə onun mərhum X3nın adı səhvən Səmmət, ata adı isə səhvən Mirzə kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişlər. Bu yaxınlarda torpaq sahəsi ilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir, lakin JN-085 A seriyalı 30225028 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıq olduğundan, onlara yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və savadsız olduğuna görə torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlığa fikir verməmişdir. X3 xx.xx.2017-ci il tarixdə vəfat edib. Anasının doğum haqqında şəhadətnaməsində adı Saimat kimi qeyd edilib, lakin ölüm haqqında şəhadətnaməsində adı Sayimat kimi qeydə alınıb. Anasının sonuncu dəfə ölüm haqqında şəhadətnaməsində adı Sayimat kimi qeyd edildiyinə görə JN-085 A seriyalı 30225028 kodlu torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-085A saylı, 30225028 kodlu Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998ci il tarixli 14 saylı qərarı ilə X16 və X12 Xaçmaz rayonunun Zeyxuroba kəndindən cəmi 0.09 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Xaçmaz rayonun, Xan-oba kəndində anadan olmuşdur. Onun atası X13, X3dır. İş materiallarında olan AZ-İ seriyalı 232063 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X15 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 983253 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİH-nın Yalama İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 33 saylı arayışından müəyyən olunur ki, JN-085A saylı X2 adı mexaniki səhv olaraq X4 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-085A saylı, 30225028 kodlu Şəhadətnamənin digər hüquq sahibi ilə birlikdə 21 dekabr 2017-ci il tarixdə vəfat etmiş X6 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-085A saylı, 30225028 kodlu Şəhadətnamənin digər hüquq sahibi ilə birlikdə 21 dekabr 2017-ci il tarixdə vəfat etmiş X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar