Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1231/2022 02.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 adına verilmiş JN-235A seriyalı, 30225018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin o - Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonunun Yalama kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rayonlarda aparılan Aqrar İslahatlar zamanı Xaçmaz rayon Aqrar islahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən onun mülkiyyətinə Xaçmaz rayonunun Yalama kəndi ərazisindən 0,16 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adıma torpağın mülkiyyətə verilməsinə dair JN-235 A seriyalı, 30225018 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə o-X4 adı “Mayısat” olduğu halda “Məleysət” soyadı “Butayeva” olduğu halda səhvən “Buxtayeva” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişəmdir. Lakin JN-235 A seriyalı, 30225018 kodlu şəhadətnamədə soyadının və adının səhv yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona görə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Sənədində olan səhv onun səhvi deyil, o səhvi dövlətin nümayəndəsi edib, o savadsızdır və səhvi düzəltmək iqtidarında deyildir. Dövlət nümayəndəsinin səhvinə görə o əziyyət çəkir, idarələri gəzir o məsuliyyət daşımır. Soyadının, adının və ata adının səhv yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Yalama İƏD nümayəndəsi tərəfindən müafıq arayış vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə ona Xaçmaz rayonunun Yalama kəndində 0,16 ha həyətyanı torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair ona JN- 235A seriyalı 30225018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilib. Lakin Şəhadətnamədə onun adı səhvən Məleysət, soyadı səhvən Buxtayeva kimi qeyd edilib. Torpaq sahəsi ona təhkim olunandan bəri istifadəsində olub və sənəddəki yanlışlığa fikir verməmişdir. Bu yaxınlarda torpaq sahəsiylə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir, lakin JN-235A seriyalı 30225018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıq olduğundan, onlara yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Torpaq sahəsi ötən müddət ərzində istifadəasində olduğuna görə Şəhadətnamədəki yanlışlığa fikir verməmişdir. Torpaq sahəsiylə bağlı heç bir mübahisəli məsələ yoxdur. Şahidləri ərizədə göstərdiyi halları təsdiq edə bilərlər. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X11 bildirmişdir ki, Xaçmaz rayon AİKnın qərarına əsasən X6 Xaçmaz rayonunun Yalama kəndində 0,16 ha həyətyanı torpaq sahəsi ayrılıb. Lakin torpaq sahəsinə mülkiyyət hüququna dair ona verilən Şəhadətnamədə adı səhvən Məleysət, soyadı səhvən Buxtayeva kimi qeyd edilib. torpaq sahəsi verildiyi vaxtdan ərizəçinin istifadəsindədir. JN-235A seriyalı 30225018 kodlu torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X13 bildirmişdir ki, Xaçmaz rayon AİKnın qərarına əsasən X6 Xaçmaz rayonunun Yalama kəndində 0,16 ha həyətyanı torpaq sahəsi ayrılıb. Lakin torpaq sahəsinə mülkiyyət hüququna dair ona verilən Şəhadətnamədə adı səhvən Məleysət, soyadı səhvən Buxtayeva kimi qeyd edilib. torpaq sahəsi verildiyi vaxtdan ərizəçinin istifadəsindədir. JN-235A seriyalı 30225018 kodlu torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktını təsdiq edir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında Torpağın mülkiyyətə verilməsinə dair JN-235A seriyalı 30225018 kodlu Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998ci il tarixli 14 saylı qərarı ilə X5 Xaçmaz rayonunun Yalama kəndində ərazisindən 0.16 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan İİİ-ЖГ seriyalı 282681 saylı doğum haqqında şəhadətnamədən və AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonun, Yalama kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Yalama İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 32 saylı arayışından müəyyən olunur ki, JN-235A saylı dövlət aktında Ərizəçi adı mexaniki səhv olaraq X2 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-235A seriyalı 30225018 kodlu Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-235A seriyalı 30225018 kodlu Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1231/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1231/2022
02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver