Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1244/2021 18.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 18 may 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi 280601898, qeydiyyat tarixi 09.08.2006-cı il olan MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvləri X5, X6, X3, X4, X1 və X7 Xaçmaz rayonunun Niyazoba kəndində cəmi 3,49 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara əvvəlcə JN-0019 seriyalı kod nömrəsi 30218018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X23 bütün paylı mülkiyyətçilərin adları düz yazılsa da, onun adı Anar əvəzinə səhvən Akif kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və yanlışlığa fikir verməmişlər. X19 yeni mülkiyyət sənədi olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla əvəz etmək üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər və oradan onlara 3,49 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə mülkiyyət hüququna dair reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi 280601898, qeydiyyat tarixi 09.08.2006-cı il olan MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilib. Lakin həmin mülkiyyət sənədində də onun adı Anar əvəzinə səhvən Akif kimi qeyd edilib. Qeyd olunan səhvin düzəldilməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, müraciəti müsbət həll olunmayıb və ona sözügedən məsələnin həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək tövsiyyə olunub, bu barədə ona 02.04.2021-ci il tarixli imtina məktubu verilib. Qeyd olunanlarla əlaqədar hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin olunmasını xahiş emişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 izahatında ərizəçinin qonşusu olduğunu, qohumluq əlaqələri olmadığını, münasibətlərinin yaxşı olduğunu göstərmişdir. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və onun ailə üzvlərinə Xaçmaz rayonunun Niyazoba kəndində cəmi 3,49 ha pay torpaq sahəsi verilmişdir. X23 Ərizəçi adı səhvən Akif kimi qeyd edilmişdir. Halbuki, onların ailəsində Akif adlı şəxs yoxdur. Torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. JN-0019 seriyalı kod nömrəsi 30218018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi 280601898, qeydiyyat tarixi 09.08.2006-cı il olan MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın Ərizəçi və onun ailə üzvlərinə məxsus olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 izahatında ərizəçinin qonşusu olduğunu, onunla qohumluqları olmadığını göstərmişdir. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və onun ailə üzvlərinə Xaçmaz rayonunun Niyazoba kəndində cəmi 3,49 ha pay torpaq sahəsi verilmişdir. X23 Ərizəçi adı səhvən Akif kimi qeyd edilmişdir. Halbuki, onların ailəsində Akif adlı şəxs yoxdur. Torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. JN-0019 seriyalı kod nömrəsi 30218018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi 280601898, qeydiyyat tarixi 09.08.2006-cı il olan MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın Ərizəçi və onun ailə üzvlərinə məxsus olduğunu təsdiq edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Xaçmaz rayonunun Niyazoba kəndində anadan olmuşdur. İş materiallarında olan 05.04.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonunun Niyazoba kəndində yaşayır. İş materiallarında olan reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi 280601898, qeydiyyat tarixi 09.08.2006-cı il olan MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından müəyyən olunur ki, X8, X5, X6, X3, X4, X1 və X7 Xaçmaz rayonunun Niyazoba kəndində cəmi 3,49 ha pay torpaq sahəsi verilmiş, X23 bütün paylı mülkiyyətçilərin adları düz yazılsa da, ərizəçinin adı Anar əvəzinə səhvən Akif kimi qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçiyə dövlət aktında düzəliş edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki,ərizəçi Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi sübuta yetdiyindən, bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi 280601898, qeydiyyat tarixi 09.08.2006-cı il olan MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1244/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1244/2021
18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver