Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-125/2025 13.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Ərizəçi, Maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakları ilə Ərizəçi «Şəxsin fəliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1948-ci ildə Xaçmaz şəhərində anadan olmuş qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1948-ci il təvəllüdlü X9 onun əkiz qardaşıdır. Doğma qardaşı Kamil 15 yaşından ruhi xəstəliyə tutlmuş, bu illər ərzində o, dəfələrlə Quba rayonlararası Psixonevroloji dispanserdə və Bakı şəhərində Maştağa qəsəbəsində yerləşən Psixonevroloji xəstəxananda stasionar qaydada müalicə olunmuşdur. Buna baxmayaraq həmin xəstəlik onda davam edir, əksinə vəziyyəti daha da gərginləşir. Həkimlərin qoyduğu diaqnoz “Şizofreniya paranoit fasiləsiz, proqrediyent inkişaf tipi”dir. Sonuncu dəfə X17 ƏMək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 12 nömrəli Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunmuş və ona müddətsiz olaraq ikinci dərəcəli əilillik dərəcəsi müəyyən edilmişdir. X17 ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin evdə yaşayır. Valideynləri vəfat etdikdən sonra X17a o və uşaqları baxır. Xəstəliyi ilə bağlı X17u nəzarətsiz qoymaq olmur, o, hər an xoşa gəlməz hərəkət edə bilər. Son vaxtlar X17un səhhəti pisləşdiyindən və hərəkətləri dözülməz həddə çatdığından onu müalicə edən Xaçmaz rayon Mərkəzi Xəstəxanasının həkimi Röya Rəhimovaya müraciət etmişdir ki, onu stasionar xəstəxanaya yerləşdirsin. Həkim Quba rayonlararası X1 göndəriş vermiş, lakin həmin Müəssisə xəstənin 75 yaşı tamam olduğu üçün onu stasionara qəbul etməkdən imtina etmiş, onun Xaçmaz rayon Polis Şöbəsinə müraciətindən sonra xəstəni 21 iyun 2024-cü il tarixdə Maşdağada yerləşən Psixonevroloji xəstəxanaya stasionar müalicəyə yerləşdirmişlər. Hal-hazırda qardaşı Kamil həmin xəstəxanada müalicə olunur. Bu səbəbdən də qardaşı xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Məhkəmə baxış iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verməklə ərizəsinin təmin edilməsini, qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X14 tələbi qəbul edərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0*******3581484 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin qardaşı X2 şəhəri, Qələbə küçəsi ev 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 27 yanvar 1943-cü il tarixli, AA seiyalı, 691968 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Cavadova (Hüseynova) Kamilə İsmayılovna xx.xx.1948-ci ildə Xaçmaz şəhərində anadan olmuş, onun valideynləri X10 və X8muşlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-T seiyalı, 136738 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1948-ci ildə Xaçmaz şəhərində anadan olmuş, onun valideynləri X10 və X8muşlar. İş materiallarında olan 20 dekabr 1971-ci il tarixli, AZ seriyalı, 218000 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Cavadova (Hüseynova) Kamilə İsmayılovna 20 dekabr 1971-ci ildə X15 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-0 AR 713975 nömrəli arayışından və xx.xx.2020-ci il tarixli müayinə aktından çıxarışdan görünür ki, X5 müayinənin nəticələrinə əsasən ümumi xəstəlikdən müddətsiz ikinci qrup əlillik təyin edilmiş və əməyə qadir olmamaqla əlavə köməyə ehtiyacı vardır. Mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsinin tələbinə müvafiq olaraq məhkəmənin 01 avqust 2024-cü il tarixli qərardadına əsasən X3 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması üçün mülki iş və X9 ekspertin sərəncamına göndərilmişdir. Qeyd olunan ekspertiza ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi»nin Publik Hüquqi şəxsin ekspertlərinin verdiyi 05 sentyabr 2024-cü il tarixli, 2572 saylı rəyin nəticə hissəsindən görünür ki: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X4 hal-hazırda “ŞİZOFRENİYA PARANOİD FORMA” F20.0 xroniki psixi xəstəliyi müəyyən edilir. Bunu işi materialları, anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında ümumi xəstəliklərlə ikinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Xaçmaz rayon Mərkəzi XəstəxanasTda “Paranoid şizofreniya. Fasiləsiz gedişli” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya XəstəxanasTda “Şizofreniya paranoid forma. Fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat olması, təfəkkürünün paralogik olması, sayıqlama fikirlərinin olması və s.) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrık ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1948-ci il təvəllüdlü X9 ağıl zəifliyindən və ya psixi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Yoxlanılan şəxs X4 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. 2-ci sual: X9 ağıl zəifliyindən və ya psixi xəstəlikdən əziyyət çəkirsə öz hərəkətlərinin mənasını başa düşürmü və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: Yoxlanılan şəxs X9 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərini idarə edib, onları qiymətləndirmək iqtidarında deyil. 3-cü sual: X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilırmi? Cavab: Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin müəyyən olunmasını təsdiq edən sənədləri başqa qaydada ala bilməyib. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (Psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3.-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (Psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs olması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qanuna və məqsədəmüvafiqdir. Odur ki, ərizə təmin edilməklə xx xxxxxx 1948-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307, 308, 317, 320, 321, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx xxxxxx 1948-ci ildə Xaçmaz şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən X9 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-125/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-125/2025
13.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver