Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1253/2025 19.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi X10 qızının və Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən 17 yanvar 2018-ci il tarixli, ******* nömrəli AKT-a əsasən hesablanmış 1613.52 manat məbləğin, 30 mart 2018-ci il tarixli ******* nömrəli AKT-a əsasən 307.20 manat məbləğin **********00000 nömrəli abonent hesabımdan silinməsi barədə qətnamə qəbul edəsiniz. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh əməktaşları ünvanına gələrək sayğacını yerindən çıxarmış və dövlət yoxlamasına göndərmişlər. Ona heç bir problemin yaranmayacağını bildirmişlər. O, da onlara inanmışdır. Bir müddət sonra xəbər tutmuşdur ki, ona cərimə yazmışlar. Guya ki, o, sayğaca müdaxilə etmiş və buna görə də sayğac işləmir. Lakin, ona hansı müdaxiləni etdiyini göstərə bilməmişdilər. Çünki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2018-ci il tarixli, ******* nömrəli AKT tərtib edilmişdir. Aktda nöqsan kimi qeyd olunmuşdur ki, guya sayğaca müdaxilə etmişdir. “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən **********00000 nömrəli abonent hesabına 8067,60 m3 borc hesablanmışdır. Qazın kubu 0.20 qəpikdən hesablandığı üçün məbləğ 1613,52 manat hesablanmışdır. Başqa bir tarixdə Cavabdeh əməktaşları ünvanına gələrək sayğacını yerindən çıxarmış və dövlət yoxlamasına göndərmişlər. Ona heç bir problemin yaranmayacağını bildirmişlər. O, da onlara inanmışdır. Bir müddət sonra xəbər tutmuşdur ki, ona cərimə yazmışlar. Guya ki, o, sayğaca müdaxilə etmiş və buna görə də sayğac işləmir. Lakin, ona hansı müdaxiləni etdiyini göstərə bilməmişdilər. Çünki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2018-ci il tarixli ******* nömrəli AKT tərtib edilmişdir. Aktda nöqsan kimi qeyd olunmuşdur ki, guya sayğaca müdaxilə etmişdir. “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən **********00000 nömrəli abonent hesabına 1536 m3 borc hesablanmışdır. Qazın kubu 0.20 qəpikdən hesablandığı üçün məbləğ 307.20 manat hesablanmışdır. Məhkəmə iclasında iştirak etmiş iş üzrə İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən tələbin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2018-ci ildə Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğacı iki dəfə dəyişdirilmişdir. Hər dəfə də onlara cərimə yazılmışdır. Həyat yoldaşı savadsızlığından aktlara imza etmişdir. Sayğacın tərs bağlanması üçün onlar məsuliyyət daşımır. Onlar sayğaca heç bir müdaxilə etməmişlər. İki akt üzrə yazılan cərimə borcu əsassızdır. Həmin borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh İB-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. 2018-ci ildə iki dəfə sayğaca baxış keçirilən zaman müdaxilə aşkarlanmışdır. Birinci dəfə sayğaca müdaxilə ilə bağlı sayğac laboratoriyaya yoxlanılması üçün göndərilmiş və bu barədə akt tərtib olunmuşdur. İkinci dəfə isə sayğacın tərsinə bağlanması aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. Bu gözlə görünə bilən bir müdaxilədir. Mütəxəssis rəyi ilə tanış olmuşlar. Mütəxəssis rəyi ilə də razı deyil. Onlar hesablamanı düzgün aparmışdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş, mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X4 çıxışında bildirmişdir ki, onlar əlində olan sənədlərə uyğun araşdırma aparmışlar, lakin rəy hələ hazır deyil. 2018-ci ildən bu günə qaydalar dəyişib. Abonentin saldosu foto-şəkillərdən heçnə müəyyən etmək mümkün deyil. Abonenetin sayğacı küçədə yerləşir. Abonent birinci akta imza etmişdir. Abonentin saldosundan görünür ki, qaz sərfiyyatı var. Sonradan sayğac, yəni 3 aydan sonra bir dəfə də dəyişdirilmişdir. Həmin aktda sayğaca müdaxilə olunması göstərilmişdir. Əgər abonent sayğaca müdaxilə etmişdirsə, sayğacda 1000 m3 və bundan da çox sərfiyyat olmuşdur. Əgər sayğac tərs bağlanmışdırsa, bunun da günahı abonentdə deyil. Qaz idarəsinin əməkdaşları hər ay sayğaca baxış keçirərək aylıq ödəniş qəbzini abonentə təqdim edirlər. Belə olan halda, əməkdaşlar bunu görməli idilər. Bu onların işidir. Sərfiyyat ola-ola sayğaca müdaxilə edilməsi mümkün deyil. Hesablanan sərfiyyat 3 aya vurulmalıdır. Hesabat düzgün aparılmamışdır. Aparılan hesablama 3 ay geri hesablanmalıdır. Məsələn 15 oktyabrdan 15 yanvara qədər hesablanmalıdır. Yazılı rəyi məhkəməyə təqdim edəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2018-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğacın giriş-çıxış birləşdirmələrini tərsinə qoşaraq, plombu qırması nəticəsində qazdan qanunsuz istifadə etmişdir. «Dəymiş ziyanın bərpasına dair» 2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 yanvar 2018-ci il tarixli, ******* №-li akta əsasən cəmi 8067.6 m3 həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 mart 2018-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır. «Dəymiş ziyanın bərpasına dair» 30 mart 2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 mart 2018-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1536 m3 həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 17 yanvar 2018-ci il tarixli, ******* №li akt üzrə 1613.52 manat və 30 mart 2018-ci il tarixli, ******* №-li akt üzrə 307.20 manat olmaqla, ümumilikdə 1920.72 manat məbləğində ziyan hesablanmışdır. Mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının aparıcı müfəttişi X2 03 iyun 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində qaz sayğacını xətdən açaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Cavabdehın rəyinə əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq 1613,52 manat məbləğində borc (8067,60 m3) abonentin hesabına daxil edilmişdir. Araşdırma zamanı vətəndaşın mənzilindəki qaz cihazlarının abonent saldosüunda qeyd olunmuş cihazlarla uyğunluq təşkil etmədiyi müəyyən olundu. Belə ki, abonent saldosunda qeyd olunmuş cihazlara uyğun hesabatın aşağıdakı kimi aparılması məqsədə müvafiqdir. Məişət tipli PQ-3 qaz pilitəsinin 2 ədədsaatlıq qaz sərfiyyatı 1,6 m3 x 6 saat x 90 gün = 864 m3 x 0,10 qəpik = 86,4 manat Su qızdırıcı kombi 32 kw saatlıq qaz sərfiyyatı 3,5 x 12 saat x 72 gün = 3024 m3 x 0,10 qəpik = 302,40 manat Cəmi 388,80 manat təşkil edir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 6.3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X11 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Həmin Qanunun 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyəti! nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qanunun 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; - 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi: - 6.5-1.3. istehlakçmın istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qanunun 6.5-2-ci bəndinə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qanunun 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma hallan aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qanunun 3.1.10-cu maddəsinə bu Qaydaların 2.11-1 -ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; - 3.1.11, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Lakin həmin dövrdə qüvvədə olan “Qaz təchizatı haqqında" qanunun 13-cü maddəsinin 8-1 bəndinin tələbləri nəzərə alınmamışdır. Həmin Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1613.52 manat və 307.20 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının 17 yanvar 2018-ci il tarixli, ******* №-li akta əsasən 1613.52 manat məbləğin abonent hesabından silinməsi tələbinə münasibətdə onu qeyd edir ki, iddiaçıya aid ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğacın giriş-çıxış birləşdirmələrini tərsinə qoşaraq, plombu qırması nəticəsində qazdan qanunsuz istifadə etmişdir. Bununla əlaqədar 17 yanvar 2018-ci il tarixli, ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Belə ki, vətəndaşın mənzilindəki qaz cihazlarının abonent saldosunda qeyd olunmuş cihazlarla uyğunluq təşkil etmədiyi müəyyən olunmuşdur. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 388.80 manat olması müəyyən edilmişdir ((məişət tipli PQ3 2 ədəd qaz pilitəsinin saatlıq qaz sərfiyyatı: 1.6 m3 x 6 saat x 90 gün = 864 m3 x 0.10 qəpik (tarif) = 86.40 manat )+ (su qızıdırıcı kombi 32 kw saatlıq qaz sərfiyyatı: 3.6 x 12 saat x 72 gün = 3024 m3 x 0.10 qəpik (tarif) = 302.4 manat) = 388.80 manat ) = 388.80 manat). Belə ki, iddiaçının evinde üç cihaz – 2 ədəd qaz peçi (PQ-3) və 1 ədəd su qızdırıcı kombi aşkar edilmişdir. Sayğacın giriş-çıxış birləşdirmələrini tərsinə qoşaraq, plombu qırması nəticəsində qazdan qanunsuz istifadə halı üçün zərər qaz qurğusuna sonuncu baxışın keçirildiyi 17 yanvar 2018-ci il tarixdən həmin tarixə qədər keçirilmiş 3 ay (90 gün) əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 1613.52 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 388.80 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 17 yanvar 2018-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsində nəzərdə tutulur ki, zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə iddiaçının 30 mart 2018-ci il tarixli, ******* №-li akta əsasən 307.20 manat məbləğin abonent hesabından silinməsi tələbinə münasibətdə onu qeyd edir ki, məhkəmə iclasında verilən izahatlar, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində sayğacın giriş-çıxış birləşdirmələrini tərsinə qoşaraq, plombu qırması nəticəsində qazdan qanunsuz istifadə etməsi halı Cavabdeh Xaçmaz Regional Qaz istismarı İdarəsinin əməkdaşları tərəfindən 17 yanvar 2018-ci il tarixdə aşkar olunmuş və bu barədə akt tərtib olunaraq cərimə edilmişdir. Bundan sonra Cavabdeh Xaçmaz Regional Qaz istismarı İdarəsinin əməkdaşları tərəfindən İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində quraşdırılmış sayğac həyətdən çıxarılaraq, yenisi ilə əvəz olunmaqla çöldə quraşdırılmışdır. Bundan sonra Cavabdeh Xaçmaz Regional Qaz istismarı İdarəsinin əməkdaşları 30 mart 2018-ci il tarixdə sonuncuya məxsus və evinin çölündə quraşdırılmış sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izləri olması barədə akt tərtib etmişlər. Məhkəmə işin bu mübahisəsi halı ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Nəzərə alsaq ki, çöldə quraşdırılmış sayğacın qorunması, saxlanması və sazlığına cavabdeh şəxs istelakçıdır, bu halda çöldə quraşdırılmış qaz sayğacına kənar müdaxilə və təsirlərin, eləcə də zədələnmə halının məhz ev sahibinin, yəni iddiaçının cavabdeh kimi göstərilməsi və bu hala görə cərimə edilməsi absurd haldır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh Xaçmaz Regional Qaz istismarı İdarəsi tərəfindən 17 yanvar 2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən 1224.72 manat, 30 mart 2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən 307.20 manat hesablanmaqla, ümumilikdə İddiaçı abunə koduna (**********00000) köçürülmüş 1531.92 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 1531.92 manata görə 35.91 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, Cavabdehndən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Xaçmaz Regional Qaz istismarı İdarəsi tərəfindən 17 yanvar 2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən 1224.72 manat, 30 mart 2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən 307.20 manat hesablanmaqla, ümumilikdə İddiaçı abunə koduna (**********00000) köçürülmüş 1531.92 manat məbləğində borc pul vəsaiti hesabdan silinsin. Cavabdeh İB-dən 35.91 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1253/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1253/2025
19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver