Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1256/2022 23.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 23 may 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair Ərizəçi adına verilmiş JN 558 saylı 30215018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN 558A saylı 30215018 kodlu şəhadətnamənin ona- Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə mülkiyyətinə 0,66 ha pay və 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahələrinə dair dövlət aktı və şəhadətnamə verilmişdir. Lakin həmin mülkiyyət sənədlərində adı səhv yazılmışdır. Həmin vaxt bunun hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nə müraciət etmiş, lakin dövlət aktında səhvə yol verildiyindən müraciətləri mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 558 saylı 30215018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X1 mülkiyyətinə 0,66 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 558A saylı 30215018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X1 mülkiyyətinə 0,15 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 05.03.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 558 saylı 30215018 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair JN 558A saylı 30215018 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Ləcət kənd İƏD üzrə nümayəndəsinin 07.02.2022-ci il tarixli və 18.02.2022-ci il tarixli arayışlarından müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında (JN 558, kod ********) və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN 558A saylı kod ********) səhvən Ərizəçi adı texniki olaraq səhv yazılmışdır. Düzgün yazılış Ərizəçidır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 558 saylı 30215018 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN 558A saylı 30215018 kodlu şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1256/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1256/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver