Məhkəmə qərarları › İş №2(067)-1259/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1259/2022

14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1259/2022 14.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Hacıbala oğlunun adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2006-cı il tarixli, 2042 №-li rəyin o - Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun adı Malik, ata adı Hacıbaba, soyadı isə Vəliyevdir. 2006-cı il tarixdə qanuni əsaslarla yaşadığı Xaçmaz rayonunun Hacıəlibəy kəndi ərazisindən 22 sentyabr 2006-cı il tarixli, 06 №-li Hacıəlibəy Bələdiyyəsinin qərarına əsasən 0.06 ha həyətyanı torpaq sahəsi almışdır. Aldığı torpaq sahəsinə dair Hacıəlibəy Bələdiyyəsinin qərarı, Torpaqların alqı-satqısına dair aktı, Xaçmaz rayonu X1 kəndinin baş planından çıxarışı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin rəyi ona verilmişdir. Hal-hazırda aldığı torpaq sahəsinə dair yeni mülkiyyət sənədi almaq qərarına qəlmişdir. Bu məqsədlə sənədlərini 5-saylı Ərazi İdarəsinə təqdim edərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin rəyində o - Ərizəçi ata adı “Hacıbaba oğlu” olduğu halda səhvən “Hacıbala oğlu” kimi qeyd olunduğundan sənədlərdə uyğunsuzluqa səbəb olmuşdur. Bu səbəbdən 5-saylı Ərazi İdarəsi tərəfindən imtina verilmiş, mənə tövsiyyə edildi ki, sənəddə olan uyğunsuzluğun aradan qaldırılması məhkəmə qaydasında təstiq edildikdən sonra sənəddə olan uyğunsuzluq aradan qalxar və o yeni sənəd ala bilər. Hazırda sənədi verən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətinə xitam verildiyindən o baş verimiş uyğunsusluğu digər qaydada aradan qaldıra bilmir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, 2006-cı ildə qanuni əsaslarla Xaçmaz rayon Hacıəlibəy kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarına əsasən yaşadığı Xaçmaz rayonunun Hacıəlibəy kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair bələdiyyənin qərarı, torpaqların alqı-satqısına dair aktı, kəndin baş planından çıxarışı və DT və XK-nin Xaçmaz rayon şöbəsinin rəyi ona verilib. Bu yaxınlarda torpaq sahəsi ilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən məlum oldu ki, DT və XK-nin Xaçmaz rayon şöbəsinin rəyində ata adı Hacıbaba əvəzinə səhvən Hacıbala kimi qeyd olunub. Qeyd olunan sənəddə yanlışlıq olduğundan, ona yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. torpaq sahəsi ötən müddət ərzində istifadəsində olduğuna görə DT və XK-nin Xaçmaz rayon şöbəsinin rəyindəki yalnışlığa fikir verməmişdir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2006-cı il tarixli, 2042 №-li rəyindən müəyyən olunur ki, Ərizəçi Hacıbala oğlunun adına Hacıəlibəy Bələdiyyəsinin qərarına əsasən 0.06 ha həyətyanı torpaq sahəsi alınmışdır. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Xaçmaz rayonun, Hacıəlibəy kəndində anadan olmuşdur. İş materiallarında olan 22 sentyabr 2006-cı il tarixli, 06 №-li Hacıəlibəy Bələdiyyəsinin qərarından müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonunun Hacıəlibəy kəndi ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2006-cı il tarixli, 2042 №-li rəyin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2006-cı il tarixli, 2042 №-li rəyin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar