Məhkəmə qərarları › İş №2(067)-1285/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1285/2021

20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1285/2021 20.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçi iştirakları ilə Ərizəçi «Şəxslərin qohumluq münasibətlərinin və şəxsin vəfat etməsi hüquqi faktlarının müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 ilə aralarında qohumluq münasibətləri, yəni X1 onun doğma anası olması və sonuncunun 16 iyun 1997-ci il tarixdə Xaçmaz rayonunun Şimali kəndində vəfat etməsi hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs2 və Xaçmaz rayon 1 saylı Notariat ofisinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxslər Maraqlı şəxs2 və Xaçmaz rayon 1 saylı Notariat ofisinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1948-ci ildə Xaçmaz rayonunun Yalama kəndində anadan olmuş, Xaçmaz rayonunun Şimali kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 1900-cü ildə Xaçmaz rayonunun Şimali kəndində anadan olmuş X3 onun doğma anası olmuşdur. X13 16 iyun 1997-ci ildə yaşadığı Xaçmaz rayonunun Şimali kəndində vəfat etmiş, mərhum qeyd edilən tarixdə qohum-əqrəbanın və qonşuların iştirakı ilə Şimali kənd qəbirstanlığında dəfn edilmişdir. Qanunu bilmədiyi üçün anasının ölümü barədə vaxtında həkim arayışı almamış və mərhumun ölümünü qeydiyyat orqanında müvafiq qaydada rəsmiləşdirməmişdir. Mərhum anasından miras qalmış əmlakı öz adına rəsmiləşdirməkdən ötrü Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, vərəsəliyin aparılması ilə əlaqədar ondan anasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu məqsədlə Maraqlı şəxs2nə müraciət etmişdir. Müraciəti əsasında müvafiq axtarış aparılmış, lakin anasının ölüm akt qeydiyyatı tapılmamışdır. Lakin hazırda anasının ölümü barədə vaxtında həkim arayışı almadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən müraciətinin həlli mümkün olmamış və ona Qeydiyyat Şöbəsi tərəfindən anasının ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan əlavə anasının vəfatından sonra miras qalmış əmlakı idarə etdiyinə görə miras qalmış əmlakların vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə əlaqədar Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət edərkən onun doğum haqqında şəhadətnaməsində anasının adı «Tənzufat» olduğu halda səhvən «Tənzifat», ata adı «Nəcəfqulu» olduğu halda səhvən «Nəcəf» kimi göstərilməsi halı aşkar edildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, notarius tərəfindən ona mərhum anası X3 ilə aralarında qohumluq dərəcələrinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. Baş vermiş uyğunsuzluğun digər qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, X3 ilə aralarında qohumluq münasibətləri, yəni X1 onun doğma anası olması və sonuncunun 16 iyun 1997-ci il tarixdə Xaçmaz rayonunun Şimali kəndində vəfat etməsi hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. X3 Ərizəçi doğma anası olmuşdur. Ərizəçinin X13 həqiqətən 16 iyun 1997-ci ildə yaşadığı Xaçmaz rayonunun Şimali kəndində vəfat etmiş, mərhum qeyd edilən tarixdə qohum-əqrəbanın və qonşuların iştirakı ilə Şimali kənd qəbirstanlığında dəfn edilmişdir. Tənzufat Əmrahova 16 iyun 1997-ci ildə vəfat etməsinə baxmayaraq ərizəçi anasının ölümü barədə vaxtında həkim arayışı almamış və mərhumun ölümünü qeydiyyat orqanında müvafiq qaydada rəsmiləşdirməmişdir. Mərhum anasından miras qalmış əmlakı öz adına rəsmiləşdirməkdən ötrü Ərizəçi Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, vərəsəliyin aparılması ilə əlaqədar ondan anasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu məqsədlə ərizəçi Maraqlı şəxs2nə müraciət etmişdir. Lakin anasının ölümü barədə vaxtında həkim arayışı almadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən müraciətinin həlli mümkün olmamış və ona Qeydiyyat Şöbəsi tərəfindən anasının ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan əlavə ərizəçi anasının vəfatından sonra miras qalmış əmlakı idarə etdiyinə görə miras qalmış əmlakların vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə əlaqədar Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət edərkən onun doğum haqqında şəhadətnaməsində anasının adı «Tənzufat» olduğu halda səhvən «Tənzifat», ata adı «Nəcəfqulu» olduğu halda səhvən «Nəcəf» kimi göstərilməsi halı aşkar edildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, notarius tərəfindən ona mərhum anası X3 ilə aralarında qohumluq dərəcələrinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər həmkəndliləri X5 və X11 şahid X6 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Mülki işə əlavə olunmuş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Şimali kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nabran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 sentyabr 2020-ci il tarixli, 374 saylı arayışdan görünür ki, Ərizəçi Xaçmaz rayonunun Şimali kənd sakinidar və həmin kənddə yaşayır. Mülki işə əlavə olunmuş 02 fevral 1977-ci il tarixli, İİ-JQ seriyalı, 741810 nömrəli pasportun surətindən görünür ki, ərizəçinin anası X3 1900-cü ildə Xaçmaz rayonunun Şimali kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş 04 fevral 1949-cu il tarixli il tarixli, İE seriyalı, 097947 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1948-ci ildə Xaçmaz rayonunun Yalama kəndində anadan olmuş, həmin doğum haqqında şəhadətnamədə ərizəçinin anasının şəxsiyyəti X2 yazılmışdır. Mülki işə əlavə olunmuş şahidlərin iştirakı ilə tərtib edilərək Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nabran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 09 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, X3 həqiqətən də Ərizəçi doğma anası olmuş, o, Nabran İƏD-nin Şimali kəndində yaşamış və 16 iyun 1997-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs2 verdiyi 08 oktyabr 2020-ci il tarixli, 480 saylı məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum anası X1 01.01.1900-08.10.2020-ci illər üzrə Maraqlı şəxs2ndə və Azərbaycan Respublikası ümumrespublika elektron bazasında ölümünün qeydə alınıb-alınmaması yoxlanılmış, lakin aparılmış yoxlama zamanı X1 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinın baş həkimi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli, 926 saylı məktubdan görünür ki, X1 16 iyun 1997-ci il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciət ərizəsinə baxılmış və ərizəçiyə bildirilmişdir ki, 1997-ci il üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasında olum haqqında tibbi şəhadətnamələrin qeydiyyat kitabı saxlanılmadığından, bununla yanaşı ölümündən sonra mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə əlaqədar xəstəxanaya məlumat verilmədiyindən X1 ölümü barədə tibbi arayışın verilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə Xaçmaz rayon məhkəməsinə müraciət etməsi məsləhət görülür. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 1900-cü ildə Xaçmaz rayonunun Şimali kəndində anadan olmuş X3 Ərizəçi doğma anası olmuşdur. Ərizəçinin X13 16 iyun 1997-ci ildə yaşadığı Xaçmaz rayonunun Şimali kəndində vəfat etmiş, mərhum qeyd edilən tarixdə qohum-əqrəbanın və qonşuların iştirakı ilə Şimali kənd qəbirstanlığında dəfn edilmişdir. Tənzufat Əmrahova 16 iyun 1997-ci ildə vəfat etməsinə baxmayaraq Ərizəçi anasının ölümü barədə vaxtında həkim arayışı almamış və mərhumun ölümünü qeydiyyat orqanında müvafiq qaydada rəsmiləşdirməmişdir. Ərizəçi mərhum anasından miras qalmış əmlakı öz adına rəsmiləşdirməkdən ötrü Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, vərəsəliyin aparılması ilə əlaqədar ondan anasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu məqsədlə o, Maraqlı şəxs2nə müraciət etmiş, lakin anasının ölümü barədə vaxtında həkim arayışı almadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən müraciətinin həlli mümkün olmamış və ona Qeydiyyat Şöbəsi tərəfindən anasının ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan əlavə anasının vəfatından sonra miras qalmış əmlakı idarə etdiyinə görə miras qalmış əmlakların vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə əlaqədar ərizəçi Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət edərkən onun doğum haqqında şəhadətnaməsində anasının adının «Tənzufat» olduğu halda səhvən «Tənzifat», ata adı «Nəcəfqulu» olduğu halda səhvən «Nəcəf» kimi göstərilməsi halı da aşkar edildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, notarius tərəfindən ona mərhum anası X3 ilə aralarında qohumluq dərəcələrinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktların müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə anasından miras qalmış əmlaklara dair vərəsəlik məsələlərinin həlli ilə bağlı məsələləri həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktların məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxslərin qohumluq münasibətləri və şəxsin vəfat etməsi faktlarını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 ilə Ərizəçi arasında qohumluq münasibətləri, yəni X1 Ərizəçi anası olması və X1 16 iyun 1997-ci il tarixdə Xaçmaz rayonunun Şimali kəndində vəfat etməsi hüquqi faktları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. X3 ilə Ərizəçi arasında qohumluq münasibətləri, yəni X1 Ərizəçi anası olması və X1 16 iyun 1997-ci il tarixdə Xaçmaz rayonunun Şimali kəndində vəfat etməsi hüquqi faktları müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar