Məhkəmə qərarları › İş №2(067)-1286/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1286/2022

28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1286/2022 28.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarında, torpaqların alqı-satqısına dair aktda və DTXK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 548 saylı rəyində adı səhvən yazılmış X2 ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o daşınmaz əmlaka dair hüquqularını həyata keçirmək istəyir. X1 xx.xx.2007-ci il tarixli 06 saylı qərarında, torpaqların alqı-satqısına dair aktda və DTXK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 548 saylı rəyində onun adı Ərizəçi yerinə səhvən X2 yazıldığı üçün hüquqlarını həyata keçirə bilmir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarında, torpaqların alqı-satqısına dair aktda və DT və XK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 548 saylı rəyində onun adı səhvən Zəhra yazıldığı üçün daşınmaz əmlaka mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinin təmin edilməsini xahiş edir. Torpaq sahələri ötən müddət ərzində istifadəsindədir. O tələbinə hazırkı formada baxılmasını istəyir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən və AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonun, Gəncəli kəndində anadan olmuşdur. İddiaçının məhkəməyə ünvanlandığı iddia ərizəsindən görünür ki, X2 ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının “eyni şəxs olması faktının” müəyyən olunması hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar