Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1287/2025 29.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin tikilməsi üçün 400 m2 torpaq sahəsinin ona verilməsinə dair Xaçmaz rayon XDS Rəyasət Heyətinin 31 avqust 1994-cü il tarixli qərarının, torpaq sahəsinin planı və ölçüsü sənədinin və 31 oktyabr 2023cü il tarixli 348-18RA/2-R9xx-xx/2023 nömrəli arxiv arayışının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 31 avqust 1994-cü il tarixli qərarı ilə ona Xudat şəhəri ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 400 m2 torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikib yaşayır. Qeyd olunan torpaq sahəsinin ona verilməsinə dair 31 avqust 1994-cü il tarixli qərarda, torpaq sahəsinin planı və ölçüsü sənədində adı səhv olaraq «Alina», arxiv arayışında adı səhv olaraq «Alimə» yazılmışdır. AA******* nömrəli şəxsiyyət vəsiqəsində və digər sənədlərində adı «Əlinə» kimi yazılmışdır. Əslində onun adı «Əlinə»dir və hamı onu bu adla tanıyır. Ona məlum olmayan səbəblərə görə adı qeyd olunan sənədlərdə səhv yazılmışdır. Xaçmaz rayon XDS Rəyasət Heyətinin 31 avqust 1994-cü il tarixli qərarı ilə ona verilmiş 400 m2 torpaq sahəsinə və onun üzərində tikilmiş yaşayış evinə çıxarış və digər hüquqmüəyyənedici sənədlərin alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdiyi zaman ona imtina verərək adında olan uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, onun adına 4 sot yarım torpaq sahəsi var. Həmin yeri övladının adına keçirmək istəyir. Lakin sənəddə adının yazılışı texniki yanlışlığa yol verilərək qeyd olunmuşdur. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, həmin vaxt bu səhvi görməmişdir. Adı səhv qeyd olunduğu üçün torpaq sahəsinə çıxarış ala bilməmişdir. Maraqlı tərəflər Аzərbаycаn Respublikаsı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Xaçmaz rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. - vətəndaşın şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı ildə anadan olmuşdur. - Xaçmaz rayon xx.xx.1994-cü il tarixli iclasının 42 № li protokolun çxarışından müəyyən olunur ki, ünvan 1 ünvanda X5 fərdi ev tikməsi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. - Dövlət Torpaq və və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xudat şəhəri Konserv Zavod qəs., 2 saylı ünvanda fərdi yaşayış evi tikmək üçün 400 kv. metr torpaq sahəsi X4 adına qeydə alınmışdır. - Xaçmaz rayon Dövlət Arxivi tətəfindən verilmiş xx.xx.2023-cü il tarixli, №3-48-18R2/-R- 9xx-xx/2023 saylı Arxiv Çıxarışından müəyyən olunur ki, ünvan 2 ünvanda fərdi ev tikmək üçün X6 400 kv. metr torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizəyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 0.04 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş sənədlərdə uyğunsuzluqlar mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibinin adı Ərizəçi olduğu halda Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-ci il tarixli iclasının 42 nömrəli protokolundan çıxarışa əsasən ayrılmış torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-48-18 RA/2-R9xx-xx/2023 nömrəli arxiv çıxarışında hüquq sahibinin adı tam fərqli olaraq X1 göstərilmişdir. Bundan əlavə 0.04 torpaq sahisi üçün ərizəyə əlavə olunmuş A № 344991 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlarla torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında fərq mövcuddur. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. - Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavininin, Xudat Şəhər İcra Nümayəndəsinin və Аzərbаycаn Respublikаsı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi rəisinin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli Aktdan müəyyən olunur ki, Xaçmaz rayon DT və XK tərəfindən X12 kitabında xx.xx.2011-ci il tarixdə 580 nömrə ilə uçota alınmış A №344991 saylı sənəddə X2 səhv qeyd olunmuşdur. Komissiya təsdiq edir ki, həqiqətən də, onun doğru adı - Ərizəçidır. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan aktda olan yanlışlıq aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Ərizəçinin adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə MPM-in 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. “X10” qızının adına 400 kv. metr torpaq sahəsinin verilməsi barədə xx.xx.1994-cü il tarixli 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarının, həmin qərara dair xx.xx.2023-cü il tarixli 3-48-18 RA/2-R9xx-xx/2023 nömrəli arxiv çıxarışının və X12 kitabında xx.xx.2011-ci il tarixdə 580 nömrə ilə uçota alınmış A №344991 saylı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1287/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1287/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver