Məhkəmə qərarları › İş №2(067)-1302/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1302/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1302/2025 23.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" ASC tərəfindən 19 iyul 2022ci il tarixli, 262251 saylı akt əsasında ona məxsus ünvan 1 ünvanda yerləşən evinə elektrik enerjisinin verilməsinə görə əsassız hesablanmış 562,28 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Özü gözdən üçüncü dərəcəli əlil olmaqla Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür. Bir neçə il əvvəl yaşadığı ünvandakı köhnə yaşayış evini sökərək yeni ev tikmişdir. Köhnə yaşayış evində işıq sayğacı evin hasarı olmadığından və həyət setka hasarla mühafizə olunduğundan evin həyətində evin divarına səthi şəkildə bərkidilmiş vəziyyətdə olmuşdur. O, yaşayış evini sökdürdükdən sonra zərurət yarandığından sayğacın heç bir predmetinə toxunmadan və onun yerini xəttdən ayırmadan yeni hördüyü hasara bərkitmişdir. Hər ay da aylıq işıq pullarını vaxtlı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayında "xxxx" ASC-nin rayon şöbəsinin nümayəndələri yaşadığı ünvana gələrək yoxlama aparmış və sayğacı çıxararaq yeni elektron sayğac quraşdırmışlar. Sonradan ona bildiriş gəldikdə məlum olmuşdur ki, guya onun tərəfindən sayğaca müdaxilə edilmiş, sayğacın yeri dəyişdirlmiş və guya köhnə sağacın diski hansısa müdaxilə nəticəsində dayandırılmaqla enerji sərfıyyatı hesablanmamışdır. Əməkdaşlar istifadə qaydalarının pozulması haqqında 19 iyul 2022-ci il tarixli, 262251 saylı akt tərtib etmişlər, o, isə aktla razı olmadığından akta imza etməkdən imtina etmişdir. Hesablamalarına əsasən ona sayğaca müdaxiləyə görə 500-600 manat arası cərimə hesablamışlar. Abunə haqqında sənədin 1-ci səhifəsindəki aktlar bölməsində 562,28 manat məbləğ göstərilmişdir. Onun gözü zəif gördüyünə görə dəqiq məbləği müəyyənləşdirə bilməmişdir. O, tərtib edilmiş cərimə aktı ilə qətiyyən razı deyildir. Belə ki, onun tərəfindən işıq sayğacına heç bir müdaxilə olunmamışdır. Onun barəsində əsassız olaraq guya sayğaca müdaxiləyə görə cərimə məbləği hesablanmışdır. Tərəfindən elektrik sayğacına heç bir müdaxilə edilməmiş, sayğacdan kənar xətt çəkilməmiş və belə bir niyyəti olmamış və yoxdur. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir, o, sayğaca müdaxilə etməmişdir. Əsassız yazılmış cərimənin silinməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, təqdim edilmiş sənədlər və **********06996 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin nümayəndələri tərəfindən vətəndaşa məxsus yaşayış evinin 1 fazlı elektrik sayğacına (mənzilin həyətində quraşdırılmış) baxış keçirilərkən sayğacın üç nöqtədə bərkidildiyi, sıxaclar kolodkasının qapağında plombun olmadığı və 90 dərəcəli bucaq altında yeri dəyişdirilərək diskinin saxlanıldığı barədə R 262251 nömrəli akt tərtib olunmuşdur. Akt vətəndaş tərəfindən imzalanmamış və aktda sayğacın yeni elektron tipli sayğacla əvəz edilərək hasarın çöl tərəfində quraşdırılması tələbi qoyulmuşdur. Aktda sayğacdan keçən faktiki aktiv gücün 2,2 kVt, sayğacın qeyd etdiyi aktiv gücün isə 0,2 kVt olduğu qeyd edilmişdir. Bundan sonra enerjitəchizatı müəssisəsi tərəfindən yaşayış evinin aktiv güc sərfiyyatı 7,9 kVt qəbul edilərək 30 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 3982 kVts, dəyəri 504 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X4 Qaydalan”nın (bundan sonra - Qaydalar) 8.17-2-ci yarımbəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Araşdırmanın aparılması üçün zəruri məlumatların Agentliyin Xaçmaz filialına təqdim olunması ilə əlaqədar tərəfimizdən "Azərişıq” ASC-nin X6 Təchizatı və Satışı İdarəsinə məktub göndərilmiş, lakin münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən, R 262251 nömrəli aktın hesabatının Qaydaların 8.17-2-ci yarımbəndi nəzərə alınmaqla (yol verilmiş pozuntu halının texniki vasitələrlə qeydə alınmış foto və ya video çəkiliş materialları təqdim edilərsə) aşağıda göstərilən qaydada aparılması məqsədəuyğun hesab olunur. Belə ki, R 262251 nömrəli akta əsasən sayğacın qeydə almadığı aktiv güc 2,2 kVt (Pfaktiki) - 0,2 kVt (Psaygac) = 2 kVt; 30 gün ərzində itirilmiş elektrik enerjisinin miqdarı 2 kVt x 24 saat x 30 gün = 1440 kVts, dəyəri (200 kVts x 0,08 manat =16 manat, 100 kVts x 0,09 manat = 9 manat, 1140 kVts x 0,13 manat = 148,2 manat) 173,2 manat təşkil edir. İş üzrə cavabdehə rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etmədiyini və məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, o cümlədən verilmiş mütəxəssis rəyini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. - Abunə haqqında çıxarışdan müəyyən olunmuşdur ki, abonent İddiaçı istifadə olunan elektrik enerjisinə görə 19 iyul 2022-ci il tarixli, R 262251 saylı akta əsasən 504 manat işıq pulu borcu hesablanmışdır. - Enerji X1 Xaçmaz filialının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, xx.xx.2022-ci İl tarixdə “Azərişıq" ASC-nin nümayəndələ tərəfindən vətəndaşa məxsus yaşayış evinin 1 fazlı elektrik sayğacına (mənzilin həyətind quraşdırılmış) baxış keçirilərkən sayğacın üç nöqtədə bərkidildiyi, sıxaclar kolodkasını qapağında plombun olmadığı və 90 dərəcəli bucaq altında yeri dəyişdirilərək diskinin saxlanıldıi barədə R 262251 nömrəli akt tərtib olunmuşdur. Akt vətəndaş tərəfindən imzalanmamış və akta sayğacın yeni elektron tipli sayğacla əvəz edilərək hasarın çöl tərəfində quraşdırılması tələbi qoyulmuşdur. Aktda sayğacdan keçən faktiki aktiv gücün 2.2 kVt, sayğacın qeyd etdiyi akti gücün isə 0.2 kVt olduğu qeyd edilmişdir. Bundan sonra enerjitəchizatı müəssisəsi tərəfindən yaşayış evinin aktiv güc sərfiyyatı 7,9 kVt qəbul edilərək 30 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 3982 kVts., dəyəri 504 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005ci il tarixli 18 nömrəli qərarı il təsdiq edilmiş “X4 Qaydaları”nın (bundan sonra - Qaydalar) 8.17-2-1 yarımbəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17 və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeyd alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Araşdırmanın aparılması üçün zəruri məlumatların Agentliyin Xaçmaz filialına təqdim olunması ilə əlaqədar "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinə məktub göndərilmiş, lakin münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən, R 262251 nömrəli aktın hesabatının Qaydaların 8.17-2-ci yanmbəndi nəzərə alınmaqla (yol verilmiş pozuntu halının texniki vasitələrlə qeydə alınmış foto və ya video çəkiliş materialları təqdim edilərsə) aşağıda göstərilən qaydada aparılması məqsədəuyğun hesab olunur. Belə ki, R 262251 nömrəli akta əsasən sayğacın qeydə almadığı aktiv güc 2,2 kVt (Pfaktw) - 0,2 kVt (Psayğac) = 2 kVt; 30 gün ərzində itirilmiş elektrik enerjisinin miqdarı 2 kVt x 24 saat x 30 gün = 1440 kVts, dəyəri (200 kVts x 0,08 manat =16 manat, 100 kVts x 0,09 manat = 9 manat, 1140 kVts x 0,13 manat = 148,2 manat) 173,2 manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X4 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X4 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X4yə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X4yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X4 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X4 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X4də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır. Elektrik sayğacı mənzildən kənar tərəfində quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enercisindən istifadə qaydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının X4 qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla qismən təsdiqini tapır. Mütəxəssis rəyindən göründüyü kimi, İddiaçı (abunə kodu **********06996) münasibətdə itirilmiş elektrik enerjisinin miqdarı 1440 kVts, dəyəri isə 173,2 manat təşkil edir. Beləliklə, hesablanmış cəmi 504 manat məbləğində borcdan mütəxəssis rəyi ilə müəyyən olunmuş abonentə hesablanmalı olan 173.20 manat məbləği nəzərə alınmaqla abonentin hesabından 330.80 manat pul silinməlidir. Lakin iddiaçı iddia tələbində ona hesablanmış məbləğin tam silinməsini xahiş etdiyinə görə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abunə kodu **********06996) 19 iyul 2022-ci il tarixli, R 262251 nömrəli akt əsasında hesablanmış 504 manat borcdan 330.80 manat pul silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar