Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1309/2022 14.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba regional «Asan xidmət» mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş 07 avqust 2020-ci il tarixli, reyestrdə 4Ə-1503 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsini birgə mülkiyət üzrə onlara məxsus 0,07 ha torpaq sahəsindən paylarını bağışladığı hissədə və ümumi sahəsi 91,6 kv.m. olan fərdi yaşayış evini bağışlamaq üçün 07 avqust 2020-ci il tarixli, reyestrdə 4Ə-1501 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışlar ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfındən ona və ailə üzvlərinə 0,07 ha torpaq sahəsi verilmişdir. 12 iyun 2004-cü il tarixdə verilmiş seriya nömrəsi JN 301A, kod: 30213018 olan şəhadətnaməyə əsasən həmin 0,07 ha torpaq sahəsi birgə mülkiyyət üzrə onlara məxsus olmuşdur. Qeyd etdiyi 0,07 ha torpaq sahəsi üzərində ümumi sahəsi 91,6 kv.m. olan fərdi yaşayış evi tikmişlər. Həmin yaşayış evi Abşeron Texniki inventarlaşdırma 5-641 qeydəalma nömrəsi ilə 16 nömrəli kitabın 161-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə onlara məxsus olmuşdur. Cavabdeh nəvələridir. Nümayəndələri onun atası və anasıdır. Oğlu Qanuni nümayəndə1 və onun arvadı Qanuni nümayəndə2 uzun müddət onlara bildirmişlər ki, yuxarıda qeyd etdikləri 0,07 ha həyətyanı torpaq sahəsindən paylarını və tikdikləri evi onların yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh bağışlayaq. Bunun əvəzində isə onları qoca olduqları üçün saxlayacaqlar. Onların sözü ilə hər işlərinə köməklik edəcəkdilər. Ərzaq ilə də təmin edəcək, ölən günlərinə kimi qulluqlarında duracaqlar. Bağın məhsulunun yığılmasında daim kömək edəcəklər. Cavabdehin valideynləri ilə aralarında olan razılaşmaları onların evinə gələn qohumları və başqa ünvanda yaşayan uşaqları da eşidiblər. O, İddiaçı1 74 yaşı, arvadı İddiaçı2 isə 69 yaşı olduğundan onların kənar qulluğa ehtiyacları olduğu üçün məcburiyyət qarşısında qalıb nəvələri Cavabdeh əmlaklarını notariat ofisdə rəsmiləşdirmə işləri aparıb bağışlamışlar. Hal-hazırda torpaq sahəsi və ev mülkiyyət hüququ ilə onlara məxsusdur.Əmlaklarını nəvələri Cavabdeh bağışlayandan sonra onun valideynləri verdikləri vədə əməl etmirlər. Onlarla maraqlanmırlar. Onların qulluğunda durmur, sağlamlıqları ilə maraqlanmır səhhtləri pisləşəndə həkim çağırmırlar.Cavabdehin valideynləri faktiki olaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayırlar. Ona görə də onlardan xəbərləri olmur. İl ərzində bir dəfə qonaq qismində yaşadıqları evə gəlib-gedirlər. Onlarla maraqlanmamaları səbəbindən aralarında münaqişələr yaranıb. Telefonla zəng edib onları təhqir edir, onlar vəfat etdikdən sonra evə gəlib həmin evdə daimi yaşayacaqlar.Torpaq sahəsinə və evə biz sahiblik etməklə idarə edirik. Torpaq sahəsinin hər növ vergilərini, evin kommunal xərclərinə görə ödənişləri də biz edirik. Ümumiyyətlə, torpaq sahəsi nəvələri Cavabdeh adına rəsmiləşməsinə baxmayaraq, faktiki onlar idarə edir. Cavabdehin valideynləri qoca yaşlarında onlardan stifadə edib, yalan vədlər verərək, bütün əmlaklarını Cavabdeh adına rəsmiləşdirilməsinə nail olublar. Lakin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər.Cavabdehin valideynləri onları aldatdıqlarından əmlaklarından məhrum olmuşlar. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişlər. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, JN 301A seriyalı 30213018 kodlu torpağln mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində cəmi 0,07 ha həyətyanı torpaq sahəsi verilib. Həmin torpaq sahəsində o, ümumi sahəsi 91,6 kv.metr olan fərdi yaşayış evi tikmiş və ev xüsusi mülkiyyət kimi onun adına qeydə alınıb. Cavabdeh, onun oğlu Qanuni nümayəndə1la gəlini Qanuni nümayəndə2 övladıdır. Onlar ona və həyat yoldaşına demişdilər ki, evi və torpağı yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh bağışlasalar, onlara ölən günə qədər qulluq edəcəklər, bağıın məhsulunu yığacaq, hər işlərində onlara köməklik edəcəklər, onları ərzaqla təmin edəcək, və ölən gününə qədər qulluqlarında duracaqlar. Bu şərtlərlə o və arvadı evlərini və torpaq sahəsindən onlara düşən paylarını xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinə əsasən nəvələri Cavabdeh bağışlamışlar. Lakin sonradan onun valideynləri ona və arvadına qulluq göstərmədilər. Onlar Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayırlar, onlrın necə yaşamalarından xəbərləri olmur, onlarla maraqlanmırlar. Ona görə bağışlama müqavilələrinin ləğv edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RİH-nin Qusarçay kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 504 nömrəli Arayışdan müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 Xaçmaz rayonu, Qusarçay kəndi ünvanında 5-ci küçədə yaşadıqları 0.07 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 91.5 m2 yaşayış sahəsindən ibarət 1 mərtəbəli evə sahiblik etməklə birgə təsərrüfatı idarə edirlər. İş materiallarında olan Xaçmaz Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı1 mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonunun, Qusarçay kəndi ünvanında ümumi sahəsi 91.6 kv\m yaşayış sahəsini və Xaçmaz rayonunun ünvan 1ləşən 0.07 ha həyətyanı torpaq sahəsinin birgə mülkiyyət üzə İddiaçı1 və İddiaçı2 məxsus hissəsini Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsinə tərəflər imza etmişlər. İş üzrə tədqiq edilmiş sənədlərdən, tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı1 oğlu ona məxsus olan Xaçmaz rayonunun, Qusarçay kəndi ünvanında ümumi sahəsi 91.6 kv\m yaşayış evini və Xaçmaz rayonunun ünvan 1ləşən 0.07 ha həyətyanı torpaq sahəsinin birgə mülkiyyət üzə İddiaçı1 və İddiaçı2 məxsus hissəsini Cavabdeh bağışlamış, həmin müqavilə təsdiqlənməklə müvafiq qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan və xx.xx.2020-ci il tarixli Texniki Paspertdan görünür ki, Xaçmaz rayonunun ünvan 1ləşən 0.07 ha torpaq sahəsi və fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsində göstərilir ki, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Beləliklə də, qanunvericiliyin normalarından da müəyyən edilir ki, bağışlama müqaviləsi bağlanarkən hansısa bir şərtlə şərtləndirilə bilər. Lakin iş materiallarında olan bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə bağlanarkən şərtləşdirilməmişdir və hədiyyə alanın üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır, yəni tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur, iddiaçılar bağışlama müqaviləsinin ləğvinə əsas kimi cavabdehin valideynlərinin onlara qulluq göstərmələri, ev və təsərrüfat işlərində onlara köməklik göstərmələri barədə öhdəliklərinə əməl etmədiklərini qeyd etsələr də tərəflər arasında bağlanmış bağışlama müqaviləsində qeyd olunan şərtlər öz əksini tapmamış, müqavilənin tamamilə əvəzsiz və şərtsiz bağlandığı müəyyən olunmuşdur. Həmçinin iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 673.1-ci maddəsində göstərilən hallara istinad etsə də, bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 108-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından göründüyü kimi, iş üzrə məhkəmə xərcləri yalnız iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarət olmuşdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1309/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1309/2022
14.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver