Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1328/2021 08.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC məhkəmədə iddia qaldıraraq İddiaçı ASC ilə bağlanmış 18 sentyabr 2020-ci il tarixli UNİ-3066 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi və Cavabdeh 18 sentyabr 2020-ci il tarixli UNİ-3066 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 yanvar 2021-ci il tarixə 893.3 manat gecikdirilmiş əsas, 372.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 454.91 manat dəbbə pulu, cəmi 1720.34 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli UNİ-3066 saylı Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2014-cü il buraxılışlı, “Daevoo Gentra” markalı 99PN 227 dövlət qeydiyyat nişanlı, XWB5V319VEA544167 ban, 211133452DFCX0189CX0189 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaq hissəsi olan tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 12% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 421.82 manat, ümumilikdə isə 15186 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan cəmi 15186 manatın 12700 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətindı olan “Daevoo Gentra” markalı 99PN 227 dövlət qeydiyyat nişanlı avtomobil 15 yanvar 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə heç bir ödəniş olmamışdır. Cavabdehin 18 sentyabr 2020-ci il tarixli UNİ-3066 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 yanvar 2021-ci il tarixə 893.3 manat gecikdirilmiş əsas, 372.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 454.91 manat dəbbə pulu, cəmi 1720.34 manat borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəmənin ünvanına ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli UNİ-3066 saylı Daxili lizinq müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan müvəqqəti sahiblik və istifadəsinə 2014-cü il buraxılışlı, “Daevoo Gentra” markalı 99PN 227 dövlət qeydiyyat nişanlı, XWB5V319VEA544167 ban, 211133452DFCX0189CX0189 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. İş materiallarında olan ödəniş tapşığının surətindən müəyyən edilir ki, İddiaçı ASC məhkəmədə ərizəyə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 06.05.2021-ci il tarixli 303 nömrəli arayışından müəyyən olunur ki, 18 sentyabr 2020-ci il tarixli UNİ-3066 saylı Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 yanvar 2021-ci il tarixə 893.3 manat gecikdirilmiş əsas, 372.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 454.91 manat dəbbə pulu, cəmi 1720.34 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 748-1.8-ci maddəsindən görünür ki, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarılmalıdır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı mıqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da liziq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 458.1.-ci maddəsinə əsasən əcər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 454.91 manat həcmində cərimə borcu tutulması tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq ondan 50 manat miqdarında tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 sentyabr 2020-ci il tarixli UNİ-3066 saylı Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 yanvar 2021-ci il tarixə 893.3 manat gecikdirilmiş əsas, 372.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh oğundan alınaraq İddiaçı ASC-nə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında 18 sentyabr 2020-ci il tarixdə bağlanmış UNİ-3066 saylı «Daxili lizinq müqaviləsi» ləğv edilsin. Cavabdeh 893.3 manat gecikdirilmiş əsas, 372.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 manat, cəmi 1315,43 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1328/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1328/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver