Məhkəmə qərarları › İş №2(067)-1331/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1331/2022

22.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1331/2022 22.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 22 sentyabr 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı Zümrüd 1-ci dərəcəli əlildir. 12 yaşdan sonra əlil olmuşdur. Qızına müddətsiz əlillik dərəcəsi verilmişdir. Psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını dərk edə bilmir, onun kənar qulluğa ehtiyacı vardır. Müstəqil yaşaya bilmir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edrək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxsə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X2 qeyd olunan “şizofreniya paranoid forma fasiləsiz gedişli” xəstəlik onu şö hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmişdir. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar