Məhkəmə qərarları › İş №2(067)-1336/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1336/2020

22.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1336/2020 22.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, -xx.xx.1995-ci il təvəllüdlü Rəhimov Azər Babaş oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 Babaş oğlu ilə birgə Xaçmaz şəhəri H.Fərzəliyev küçəsi, ev 35-də qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 saylı ünvanda yaşayır. X7 Babaş oğlu yataq xəstəsidir, hərəkət edə bilmir, ağır dərəcəli iflicdir. O, müstəqil surətdə sağlamlıq vəziyyətinə görə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir deyil. Buna görə də, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2013-cü il tarixli, 166 saylı sərəncamı ilə o, oğluna patron (köməkçi) təyin edilmişdir. Həmin sərəncama əsasən müayinə aparılıb və Əmək və X4 Nazirliyinin X1 tərəfindən oğlu Azər Babaşova İ qrup əlillik dərəcəsi verilməklə, əmək qabiliyyətli olmadığı öz təsdiqini tapıb. Ona görə də onun üzərində qəyyumluq təyin edilməlidir. Bu səbəbdən o, hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlunun hərəkət qabiliyyəti yoxdur, qulluğa ehtiyacı var, oğluna o, özü qulluq göstərir. Qeyd olunanlarla əlaqədar ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı tərəf Xaçmaz Rayon İHnin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan AZE seriyalı 09851628 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Rəhimov Azər Babaş oğlu xx.xx.1995-ci ildə RF-nın Omsk vilayətində anadan olmuşdur, Xaçmaz şəhəri H.Fərzəliyev küçəsi, ev 35-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ciil tarixli arayışdan müəyən olunur ki, Ərizəçi X7 Babaş oğlu ilə birgə Xaçmaz şəhəri H.Fərzəliyev küçəsi, ev 35-də qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 saylı ünvanda yaşayır. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2013cü il tarixli, 166 saylı sərəncamından çıxarışdan müəyyən olunur ki, Ərizəçi X7 Babaş oğluna patron (köməkçi) təyin edilmişdir. İş materiallarında olan TSEK-nin SER TSE-01-265159 saylı arayışından müəyyən olunur ki, Rəhimov Azər Babaş oğlu müddətsiz olaraq 1-ci qrup əlildir, əməyə qadir deyildir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki,ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 2541 saylı ekspert rəyindən müəyyən olunur ki, Rəhimov Azər Babaş oğlunda “Ağır dərəcəli kəmağıllıq” müəyyən olunur. Buna anamnestik məlumatlar, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: zahirən gərgin olması, bir yerdə qərar tuta bilməməsi, xarici görnüşünün səliqəsizliyi, ünsiyyətə çətinliklə daxil olması, nitqinin dizartrikliyi, verilən suallara qırıq-qırıq səslərlə, anlaşılmaz sözlərlə, səhv cavablar verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, sadə sualları cavablandırmaması, əhval-ruhiyyə fonunun dəyişkənliyi, səbəbsiz olaraq aqressivləşməsi, yersiz olaraq gülməsi və s. əlamətlər sübut edir. X6 Babaş oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Buna görə də Rəhimov Azər Babaş oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü Rəhimov Azər Babaş oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə RF-nın Omsk vilayətində anadan olmuş Rəhimov Azər Babaş oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar