Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1341/2021 27.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 3xx xxx 30212018 saylı şəhadətnamədə səhvən yazılmış X3 ilə Ərizəçi2 və X2 ilə X1 eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, ərizəçilərdən Ərizəçi2 məsələnin həlli üçün aidiyyəti orqana, X4 Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi müraciət etməmişdir. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, ərizəçi ilk növbədə məsələnin həlli üçün aidiyyəti orqana, X4 Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4.-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçilərə qeyd edilən prosessual tələblərə riayət etdikdən sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə qeyd edilən prosessual tələblərə riayət etdikdən sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1341/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1341/2021
27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver