Məhkəmə qərarları › İş №2(067)-1362/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1362/2024

08.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1362/2024 08.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh İB-nin nümayəmdəsi X2, mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ‘Azəriqaz” İB tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta və dəymiş ziyanın bərpasına dair təlabnaməyə əsasən hesablanmış 4976,64 manat məbləğin **********00000 nömrəli hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X14 İstismar idarəsinin işçiləri tərfindən mənə əsassız olaraq akt əsasında böyük miqdarda borc yazılmışdır. Yaşadığı Xaçmaz rayonunun X11, ev 13 ünvanında yerləşən qaz sayğacına baxış keçirərkən ona əsassız olaraq guya ki, qazdan qeyri-qanuni xətt vasitəsi ilə istifadə etdiyini bildirərək 4976,64 manat borc yazılmışdır. X14 İstismar İdarəsinin işçiləri 5 oktyabr 2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib etmişlər. ******* nömrəli akta görə ona 41472 m3 x 0.12 = 4976,64 manat məbləğ ünvanının abonent koduna (**********00000) yazılmışdır. Akt yazılarkən aktda qeyd olunmuşdur ki, onun evində 2 ədəd İran sobası, 1 ədəd axımlı su qızdırıcı və 32 kw kombi olmudur. Əvvəla onun evində 2 ədəd İran sobasından yalnız biri işləyir. Hesablama apararkən hər bir cihazın işləməsini 12 saatdan hesablayıblar. Bu tam olaraq haqsız bir qərardır, çünki Azəriqaz İB yalnız bu kimi hallarda itirilmiş qazın bərpasını yerinə qoyur. Yeni Qazdan istifadə qaydaları haqqında təlimata əsasən bu hesabat 1 il ərzində 12 saat olaraq hesablanmalıdır və hansı cihazların işləyib işləməməsi aydınlaşdırılmalıdır. Burada 2 İran sobasından yalnız biri yazılmalıdır. Ümumi kub olan 41472 m3-dan bir İran sobasının kub miqdarı çıxılmalı idi. Bundan başqa Qaydalarda qeyd olunduğu kimi aky yazılarkən mövsüm nəzərə alınmalıdır. Burada Azəriqaz İB mövsümləri nəzərə almamışdır. Bundan başqa akt yazılarkən keçmişdə istifadə etdiyi orta aylıq qaz sərfiyyatı nəzərə alınmalıdır. Çünkü yay aylarında demək olar ki, qazdan gündə 2 saat istifadə edirlər ya yox. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, qaz sayğacından çəkdiyim kənar qaz xəttindən istifadə etdiyini qəbul edir. Lakin ona qaz sərfiyyatına görə 1 illik ödəniş məbləğini hesablayıb cərimə yazıblar. Qaz sayğacından çəkdiyi kənar qeyri-qanuni qaz xəttindən 2023-cü ilin oktyabr ayında maksimum 1 həftə, 10 gün istifadə etmişdir. Qaz sayğacında problem olduğuna görə o, kənar xətt qoşmuşdur. Lakin ona qazın 1 illik sərfiyyatına görə məbləğ hesablanaraq cərimə yazılmışdır. Ona görə də mən kənar xəttdən istifadə etdiyim müddət ərzində nə qədər məbləğ yazlıbsa həmin məbləğin hesablanmasını xahiş edir. Həmçinin Azəriqazın əməkdaşları tərəfindən akt yazılarkən o, evdə olmamışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəmdəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı qaz sayğacından qanunsuz olaraq kənar xətt çəkmiş və istifadə etmişdir. İddiaçının evinə baxış keçirilən zaman 2 ədəd İran sobası, 2 ədəd 3 gözlü qaz sobası, su qızdırcısı və kombinin həmin vaxt işlək vəziyyətdə olduğu aşkar olunmuşdur. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ abonent tərəfindən ödənilməlidir. İddiaçı özü də etiraf edir ki, kənar xəttdən qeyri-qanuni istifadə etmişdir. Həmçinin bildirmişdir ki, qərara əsasən qaz sayğaclarına hər ildə bir dəfə müayinə keçirilir. Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli verdiyi əmrlə qərarda dəyşiklik edilmişdir. İddiaçının qaz sayğacından kənar qeyri-qanuni qaz xətti isə 2023-cü ilin oktyabr ayında aşkar olunmuşdur. Azəriqaz tərəfindən iddiaçının kənar qaz xəttindən neçə gün müddətə istifadə etdiyini müəyyən etmək mümkün olmur. Nazirlər Kabinetinin qərarına əsasən qanunla müəyyən edilmiş qaydada hesabat aparılır. İddiaçının qaz sayğacından çəkdiyi kənar xətti aşkar edilən zaman X4 göndərilməli idi. Əvvəllər göndərilməsi üçün göstəriş verilməmişdir. lakin hazırda aşkarlanan kənar xəttin olması barədə X4 məlumat göndərilir. Məhkəmə iclasında mütəxəssis qismində işə cəlb edilməklə izahat vermiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi X7 izahatında göstərmişdir ki, Nazirlər kabinetinin Qaz təzhizatı haqqında qanununda dəyişiklik 2023-cü ilin iyun ayında edilmişdir. Qaz sayğacından qanunsuz olaraq çəkilmiş kənar xəttdən istifadə etdiklərinə görə vətəndaşlara ziyan hesablaya bilməzlər. Bunun üçün Azəriqaz İBnin əməkdaşları kənar xətti aşkar etdikləri vaxt X4 müraaciət etməli idilər. İddiaçının yaşadığı evə baxış keçirmişlər. Evdə kombi sistemi vardır. Lakin evdə tək qadın yaşadığına görə İran sobası yandırılır. Həmçinin bildirmişdir ki, hər il bir dəfə noyabr ayının 1-nə qədər ümumi invertizasiya keçirilərək vətəndaşların istifadə etdikləri cihazlar barədə akt tərtib olunur və hər il qazın verilişində qış rejiminə noyabr ayının 15-də keçilir. İddiaçının evində quraşdırılmış kombi sisteminin işlətdiyi qaz sərfiyyatının hesabatını aparmaq üçün ödənişi 5 aya vurmaqla hesablamaq lazımdır. Məhkəmə tərəflərin və mütəxəssisin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin iddiaya qarşı etirazından müəyyən olunur ki, cavabdeh iddia tələbini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işiədici cihazlarına 5 oktyabr 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Xaçmaz xidmət sahəsinin satış xidmətim işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı Məclııın oğlu barəsində 05 oktyabr 2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydalarr’mn pozulması haqqında akt tərtib edilərək 41472 m3 və ya 4976,64 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). İddiaçı Məclııın oğlu iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etıniş, lakin aktda göstərilən qaz işiədici cihazların onun evində istifadə edilmədiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün aparılan hesabatdan harazilığını bildirmişdir. Halbu ki, İddiaçı qaz işiədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə edilmiş və 23 iyun 2023-cü il tarixdən qüvvəyə minmiş dəyişillik nəzərə alınaraq aparılmışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onıın tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin. 12.05.201 l-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xəti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Ona görə də İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. İş materiallarında olan mütəxəssis qismində işə cəlb edilməklə izahat vermiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi X5 20 may 2024-cü il tarixli rəyindən müəyyən olunur ki, təhlil nəticəsində məlum olmuşdur ki, Azəriqaz” İB-nin ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 oktyabr 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq 4976,64 manat məbləğində borc (41472 m3) abonentin hesabına daxil edilmişdir.Göründüyü kimi təbii qazın sərfiyyatının aktda qeyd olunmuş qaz avadanlıqlarının saatlıq maksimal qaz sərfiyyatına əsasən sutkada 12 saat və 360 gün olmaqla hesabat aparılmışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nın 6,5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan m'üddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1 -ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Cavabdeh İB-nin ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 oktyabr 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq 9676.64 manat məbləğində borc (41472 m3) abonentin hesabına daxil edilmişdir.Göründüyü kimi təbii qazın sərfiyyatının aktda qeyd olunmuş qaz avadanlıqlarının saatlıq maksimal qaz sərfiyyatına əsasən sutkada 24 saat və 360 gün olmaqla hesabat aparılmışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nın 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hşsablanır) tələbləri pozulmuşdur. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5- 1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5- 1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti tərəflər arasında 2023-cü il tarixdən yarandığından 2023-cü ilin qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun: 6-2-ci bəndinə əsasən “qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir”. 6-3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. 13-cü maddənin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Həmçinin tərtib edilmiş 05 oktyabr 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda vətəndaşa məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmir. Göründüyü kimi “Azəriqaz" İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı məxsus Xaçmaz şəhəri, M.F. Axundzadə küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. İşdə olan 05 oktyabr 2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən və məhkəmə iclasında tədqiq edilmiş bir ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, qaz xəttinə baxış keçirən zaman İddiaçı evində qeyri-qanuni qaz xəttinə qoşulma aşkar edilmişdir. İş materiallarında olan 08 otyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cəmi 41472 kub.metr itirilmiş qazın bərpası üçün 4976,64 manat cərimə (pul) hesablanmışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 4976.24 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu nəzərə alır ki, İddiaçı məhkəmə iclasında qaz sayğacından çəkdiyi kənar qeyri-qanuni qaz xəttindən 2023-cü ilin oktyabr ayında maksimum 1 həftə istifadə etdiyini bildirsə də bunu sübut edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmşdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Xaçmaz şəhəri, X13 küçəsi ev 13 ünvanındakı fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 05 oktyabr 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı məhkəmə iclasında iddiaçı tərəfindən etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatı ilə bu qanunsuz qoşulma və təbii qazdan istifadə halının 360 gün deyil, ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınaraq qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 1244.16 manat olması müəyyən edilmişdir ((1.6x12x90=1728 kub metr, 3x12x90=3240 kub metr, 1.5x12x90=1620 kub metr, 3.5x12x90=3780 kub metr x 0,12 manat (tarif) = 1244.16 manat)). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin sözügedən pozuntu aşkar edilən dövrdə qüvvədə olmuş redaksiyasında deyilirdi ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Dəymiş zərərin hesablanmasında isə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” əsas götürülürdü. Hazırkı iş üzrə cavabdeh iddiaçının sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qaz paylayıcısına vurduğu maddi ziyanı istinad olunan qaydalar əsasında hesablamışdır. Zərərin hesablanması qaydalarına müvafiq olaraq məişət abonentlərinə münasibətdə qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanarkən qaz işlədicilərinin gündəlik iş rejimi azı 12 saat, qanunsuz istifadə müddəti isə azı 90 gün (3 ay) götürülməlidir. Konkret halda cavabdeh iddiaçıya məxsus qaz işlədicilərinin gündəlik iş rejimini 24 saatdan götürmüşdür ki, məhkəmə bunu reallığa uyğun hesab etmir. Ona görə də iddiaçının evində istifadə olunan qaz işlədicilərinin gündəlik iş rejimini orta hesabla 12 saatdan nəzərə almağı məqsədəuyğun sayır. Belə ki, əgər nəzərə alsaq ki, qazpaylayıcı tərəfindən qaz qurğularının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə onlara 6 ayda 1 (bir) dəfədən az olmayaraq baxış keçirməli, bu halda sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi 24 fevral 2023-cü il tarixdən həmin tarixə qədər keçirilmiş 6 ay əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 4976.64 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 1244.16 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh .Cavabdeh Xaçmaz X12 İdarəsitərəfindən 05 oktyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 4976,64 manat borcdan 3732,48 manat hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X12 İdarəsi tərəfindən 05 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 3732.48 manat borc hesabdan silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar