Məhkəmə qərarları › İş №2(067)-1366/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1366/2025

28.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1366/2025 28.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X8 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış pul məbləğinin silinməsi» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbbi qazdan istifadə qaydalarınnın pozulması haqqında 24 yanvar 2024-cü il tarixli, ******* №-li akt əsasında dəymiş ziyanın bərpası üçün hesablanmış 4613 manat 76 qəpik məbləğin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Memar Əcəmi küçəsi, ev 5-də yaşayır. Yaşayış evinə Qaz İdarəsi tərəfindən qaz sayğacı quraşdırılmış və o, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəmişdir, heç bir borcu da olmamışdır. 24 yanvar 2024-cü il tarixdə Cavabdeh Xaçmaz X11 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana - ünvan 2də qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 38448 m3, yəni, 0.12 qəpikdən hesablandığı üçün 4613 manat 76 qəpik borc yazılmışdır. Onun tərəfindən həmin ünvanda heç bir qoşulma halı olmamışdır və onun tərəfindən heç bir qeyri qanuni xətt çəkilərək qazdan qeyri-qanuni istifadə halı olunmamışdır. İstifadəsində olan evdə qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Bundan əlavə onunla aparılan hesabat da düzgün aparılmamışdır. Yəni qanunverilicikdə olan dəyişiklərə əsasən hesabat mövsümə uyğun olaraq 3 ay müddətinə aparılmalıdır. Hər ay bildiriş verilərkən sayğaca baxılmalıdır ki, qeyri-qanuni qoşulma var ya yox, ümumiyyətlə əsaslı şəkildə bir ildə iki dəfədən az olmayaraq qaz xətlərinə baxış keçirilməlidir, lakin, xətlərə baxış keçirilməmişdir. Bu onun səhvi deyil, buna görə də o, məsuliyyət daşımır, bundan əlavə o, ailəlidir, himayəsində uşaqları vardır, nə o, nə də həyat yoldaşı heç yerdə işləmir, ailəsini bu çətinlik də idarə edir. Məhkəmə baxış iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, tərtib olunmuş aktda kənar xətt yazılmışdır. Onun tərəfindən heç bir qeyri qanuni xətt çəkilməmiş və istifadə edilməmişdir. Evdə kalonka yoxdur, istifadə etmir. 4 ildən çoxdur ki, su qızdırıcısından istifadə edir. Bundan əlavə evində bir ədəd PG3 qaz plitəsi, bir ədəd iran sobası var və onlardan istifadə edir. Məhkəmə baxış iclasında iş üzrə Cavabdeh İB-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, video disk var, məhkəməyə təqdim etmişdir. İddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, qaz idarəsinin əməkdaşlarının aşkar etdikləri sadəcə turbadır. Həmin turba heç yerə qoşulmamışdır. Evində 1 ədəd PG3 qaz sobası və bir ədəd iran sobası var. Kombi və sac yoxdur. İstifadə etmir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh İB-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməmiş və abonentin evində olan cihazların aktda qeyd olunduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı dindirilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 X4 aparıcı müfəttişi X2 çıxışında bildirmişdir ki, Azəriqaz İB-i abonentə dəymiş ziyanı yüksək məbləğlə hesablamışdır. Abonentin istifadə etdiyi cihazların sərfiyyatı 360 günə vuraraq hesablanıb. Lakin, bu düzgün hesablama deyildir. Həmin cihazların sərfiyyatı 90 günə vurlaraq hesablanmalıdır. Bu barədə rəy var. Həmin rəyi məhkəməyə təqdim edir. Həmin vaxt video çəkiliş aparılmamış, fotoşəkillər mövcud deyil. Onlar bu barədə Azəriqa İB-nə müraciət etmiş, lakin, heç bir fotoşəkil və video disk olmadığı bildirilmişdir. Sayğaca 3 aydan bir baxış keçirilməlidir. Ona görə də hesablamanı yalnız 90 gün istifadə etməsi kimi aparırlar. Məhkəmə proses iştirakçılarını dinləyib, tərəflərin təqdim etdiyi sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 yanvar 2024-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Xaçmaz şəhəri, Memar Əcəmi küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» 31 yanvar 2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2024-cü il tarixli, ******* №-li akta əsasən cəmi 38448 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 4613.76 manat məbləğində ziyan hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 X4 aparıcı müfəttişi X1 01 avqust 2025-ci il tarixli rəyindən müəyyən edilir ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin Xaçmaz X11 İdarəsinin nümayəndələri tərəfindən Xaçmaz şəhəri, Memar Əcəmi küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla müdaxilə edərək (kənar xətt vasitəsilə) təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24.01,2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə 38448 m3 (4613,76 manat) hesabat aparılmışdır. Araşdırma zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda vətəndaşa məxsus fərdi evdə istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmədiyi müəyyən olunmuş, aktda yazılmış qaz cihazlarının qeyd edilən fərdi evdə istifadə olunmağını sübut edən heç bir sənəd və yaxud video disk təqdim olunmamışdır. Belə kii, tərtib edilmiş aktda 1 ədəd məişət tipli PQ-3 qaz plitəsi, 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi, 1 ədəd 32 kW gücündə Kombi tipli su qızdırıcı, 1 ədəd dəmir soba, 1 ədəd çörək bişirən sac istifadə olunduğu qeyd edilmiş və gündəlik 12 saat olmaqla 360 gün hesabatlar aparılmışdır. Lakin abonent saldosunda Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi, 1 ədəd qızdırıcı radiator sobası və 1 ədəd izolə edilmiş və açıq şəraitdə qoyulmuş qeyri standart su qızdırıcı kolonka qeyd olunmuşdur. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Cavabdeh İB-nin Xaçmaz X11 İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nm 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindənqanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1 -ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın (müayinə) keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz şəhəri, Memar Əcəmi küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Məlumat üçün bildiririk ki, aktda qeyd edilən qaz cihazlarının həqiqətən vətəndaşa məxsus fərdi evdə istifadə edildiyini müəyyən etmək mümkün olmadığı üçün abonent saldosunda qeydiyyatda olan cihazların və yaxud G-4 tipli qaz sayğacının orta sərfiyyat gücünün hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur. Məişət tipli PQ-4 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 12 saat x 90 gün = 1296 m3 x 0,12 qəpik = 155,52 manat, 1 ədəd qızdırıcı radiator sobanın saatlıq qaz sərfiyyatı 1,0 m3 x 12 saat x 90 gün = 1080 m3 x 0,12 qəpik = 129,6 manat, (1 ədəd izolə edilmiş və açıq şəraitdə qoyulmuş qeyri standart su qızdırıcı kolonka saatlıq qaz sərfiyyatı 2,2 m3 x 12 saat x 90 gün = 2376 m3 x 0,12 qəpik = 285,12 manat, cəmi 570,24 manat təşkil edir. G-4 tipli sayğacın orta hesabat gücü 4 m3 x 12 saat x 90 gün = 4320 m3 x 0,12 qəpik = 518,4 manat Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X12 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. “Qazdan istifadə Qaydaları” nın 3.1.10.-cu bəndi: bu Qaydaların 2.11 -1 -ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirm əli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etm əlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 4613.76 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Xaçmaz şəhəri, Memar Əcəmi küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 24 yanvar 2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı zərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 X4 aparıcı müfəttişi X1 01 avqust 2025-ci il tarixli rəyi ilə öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərlə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 570.24 manat olması müəyyən edilmişdir ( (məişət tipli qaz plitəsinin (PQ-4) saatlıq qaz sərfiyyatı - 1.2 m3 x 12 saat x 90 gün = 1296 m3) + (qızdırıcı radiator sobanın saatlıq qaz sərfiyyatı - 1.0 m3 x 12 saat x 90 gün = 1080 m3)+ (su qızıdırıcı kalonkanın saatlıq qaz sərfiyyatı - 2.2 m3 x 12 saat x 90 gün = 2376 m3) = 4752 m3 x 0,12 manat (tarif) = 570.24 manat). Belə ki, iş materiallarına əlavə edilmiş qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanmasını əks etdiən videogörüntü və digər sənədlər əsasında müəyyən edilmişdir ki, qaz xəttindən istifadə edilməklə iddiaçının evinde üç cihaz – bir ədəd məişət tipli qaz plitəsi (PQ-4), bir ədəd qızdırıcı radiator soba və bir ədəd izolə edilmiş və açıq şəraitdə qoyulmuş qeyri-standart su qızıdırıcı kalonka aşkar edilmişdir. Qış mövsümü olduğunu da nəzərə alaraq sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi 24 yanvar 2024-cü il tarixdən həmin tarixə qədər keçirilmiş 3 ay (90 gün) əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 4613.76 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 570.24 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 24 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh Xaçmaz X10 İdarəsi tərəfindən 24 yanvar 2024-cü il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 4043.52 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 4043.52 manata görə 60.43 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, Cavabdehndən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 60.43 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X10 İdarəsi tərəfindən 24 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq İddiaçı abunə koduna (**********00000) köçürülmüş 4043.52 manat borc hesabdan silinsin. Cavabdeh İB-dən 60.43 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar