Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1390/2024 03.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlikdən və məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vərəsəlikdən və məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı göstərmişdir ki, cavabdeh oğludur. Onunla yola gedə bilmir, yaşaya bilmir, birlikdə yaşamaqları mümkün deyil. Hazırda bir evdə yaşamırlar. Cavabdehin ona məxsus evdən çıxmasını, həm də vərəsəlik hüququndan məhrum olunmasını istəyir. O, hazırda meşədə gözətçi işləyir və elə meşədə işlədiyi yerdə yaşayır. Cavabdeh onu keçən ilin sentyabr ayından evdən qovub, onu evə buraxmır. Cavabdehi təsərrüfatından da, övladlıqdan da məhrum etmək istəyir. Cavabdehi ailəsi ilə birlikdə evdən çıxarmaq istəyir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, evdə hazırda o öz ailəsilə, anası və bacısı ilə birlikdə yaşayırlar. Evin mülkiyyət sənədləri yoxdur. Atasını evə o qeydiyyata saldımışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehi vərəsəlik və məcburi pay hüququndan məhrum etmək istədiyini göstərsə də, faktiki olaraq cavabdehi evdən çıxarmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırki iddia ərizəsindən isə müəyyən olunur ki, iddiaçının iddia ərizəsi ilə faktiki tələbi arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı vərəsəlikdən və məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavəm edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1390/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1390/2024
03.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver