Məhkəmə qərarları › İş №2(067)-1396/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1396/2024

19.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1396/2024 19.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, X1 Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və öz adına verilmiş vəsiyyətnamənin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anasının köməksiz vəziyyətindən, gözlərinin görməməsindən, qulaqlarının eşitməməsindən, maddi asılacaqlı qalmasından, öz ayaqları üstündə dayana bilməməsindən, yataq xəstəliyindən, anlaqsızlığından, öz hərəkətini idarə edə bilmədiyindən notariusun numayyəndəsinin cavabdehin və cavabdehin iki qonşusunun müdaxiləsi ilə Xaçmaz şəhər, 1 saylı notariusunda 02 avqust 2022-ci il tarixdə öz adına alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi, anası X4, heç kimdən aslı olmayaraq özü-öz ayağlarnın üstündə duraraq heç kimin müdaxiləsi olmadan gözləri ğörə-görə qulağı eşitdiyi zaman onun xəbəri olmadan ona verdiyi 11 mart 2021-ci il tarixdə Xaçmaz şəhər 1 saylı notariusunda ölən günədək atası ilə birgə nikah dövründə əldə etdikləri özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında yaşayan X2 verdiyi vəsiyyətnamənin etibarlı hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iddiaçı iddia tələbində həm cavabdehin adına verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə yanaşı, öz adına verilmiş vəsiyyətnamənin etibarlı hesab edilməsini tələb etmişdir. Halbuki, onun adına verilmiş və hazırda qüvvədə olan vəsiyyətnamənin etibarlı hesab edilməsi məsələsi məhkəmənin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və öz adına verilmiş vəsiyyətnamənin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və öz adına verilmiş vəsiyyətnamənin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar