Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1405/2022 28.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, ərizəçi, eyni zamanda digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın müjkiyyətə verilməsinə dair” JN-0227 saylı, 30209108 kodlu Şəhadətnamənin və “ Torpağa mülkiyyət hüququna dair” JN 227 saylı, 30209108 kodlu Dövlət Aktının digər mülkiyyətçilər X3 və X4 ilə birlikdə mərhum X22 ogluna və onlara X17 oglyuna və X18 ogluna məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz, rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə ailə başçısı mərhum X22 oglu olmaqla onlara və ailələrinin digər üzvlərinin xususi mülkiyyətinə Xaçmaz, rayonu, Agyazı buduq kəndi ərazisindən 0.32 ha olmaqla həyətyanı torpaq sahəsi və 1,38 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Hüquqlarının "Torpağın mülkiyyətə verilməsinə dair” JN-0227 saylı 30209108 kodlu Şəhadətnamə ilə və -JN 227 saylı 30209108 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Lakin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında ərizəçilərdən X2 adı Tofik əvəzinə səhvən Tofiq kimi, ərizəçilərdən Ərizəçi2 atasının adı Tofik əvəzinə səhvən Tofik kimi, ailə başçısı X1 adı Söhrab əvəzinə səhvən Zöhrab kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağlarına əhəmiyyət verməmişlər. Hazırda həmin toıpaq sahələrinə DƏDRX-dan mülkiyyət sənədləri yəni çıxarışlar almaq üçün müraciət etmişlər, lakin yuxarıda göstərilən Dövlət Aktında və Şəhadətnamədə adların yazılışında səhvə yol verildiyinə görə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra və mülkiyyət sənədlərini əldə edə bilməmişlər. Şəhadətnamədə və Dövlət Aktında yuxarıda göstərilən yalnışlıq olduğuna görə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu da İdarənin xx.xx.2022-ci il tarixli **********1 saylı məktubu ilə təsdiq olunur. X1 ölməsi barədə xx.xx.2013-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə də adı Söhrab yazılmışdır, habelə adına verilmiş doğum haqqında şəhadətnaməsində və xx.xx.1967-ci ildə verilmiş evlənmə haqqında şəhadətnamədə də adı Söhrab yazılmışdır. Bu da bir daha təsdiq edir ki, Dövlət Aktı və Şəhadətnamə tərtib edilərkən səhvə yol verilmişdir. Xaçmaz rayon İHB-nin Hacıəlibəy kənd İƏD-də nümayəndəsinin xx.xx.2022-ci il tarixli 282 saylı arayışından da görünür ki, onlara məxsus torpaq sahələrinə Şəhadətnamə və Dövlət Aktı verilərkən adların yazılışında səhvə yol verilmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin dəqiqləşdirlməsinə dair ərizəni məhkəməyə təqdim edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0227 saylı, 30209108 kodlu Şəhadətnamənin və “Torpağa mülkiyyət hüququna dair” JN 227 saylı, 30209108 kodlu Dövlət Aktının digər mülkiyyətçilər X6 və X7 ilə birlikdə mərhum X8 və onlar Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1996-cı il tarixli 12 saylı qərarı ilə atası, mərhum X10 başda olmaqla, ona, oğlu Ərizəçi2 və digər ailə üzvlərinə Xaçmaz rayonunun Ağyazı kəndində 0,32 ha həyətyanı torpaq sahəsi və 1,38 ha pay torpaq sahəsi ayrılıb. Həmin torpaq sahələrinə mülkiyyət hüququna dair onlara JN-0227 seriyalı 30209108 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-227 seriyalı ********* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. Lakin Şəhadətnamədə və Dövlət Aktında onun adı Tofik əvəzinə səhvən Tofiq kimi, oğlu Pərvinin ata adı Tofik əvəzinə səhvən Tofiq kimi, mərhum atasının adı Söhrab əvəzinə səhvən Zöhrab kimi qeyd edilib. Torpaq sahələri onlara təhkim olunandan bəri istifadələrində olub və sənədlərdəki yanlışlığa fikir verməmişlər. Bu yaxınlarda torpaq sahələrilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin JN-0227 seriyalı 30209108 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-227 seriyalı ********* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, onlara yeni mülkiyyət sənədlərinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X20 xx.xx.2013-cü ildə vəfat edib. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0227 saylı, 30209108 kodlu Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarına əsasən X11, X6, X9, X7 və Ərizəçi2 Tofiq oğluna Xaçma rayonu Ağyazı-Buduq kəndindən cəmi 0.32 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN 227 saylı, 30209108 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarına əsasən X11, X6, X9, X7 və Ərizəçi2 Tofiq oğluna Xaçma rayonu Ağyazı-Buduq kəndindən cəmi 1.38 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 0******* şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonun, Ağyazı kəndində anadan olmuşdur. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1995-ci il tarixdə Xaçmaz rayonun, Ağyazı kəndində anadan olmuşdur. İş materiallarında olan AЗ № ******* seriyalı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 xx.xx.1938-ci il tarixdə Dağıstan Respublikasının Doquzparinski rayonunun Quruş kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 646617 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Hacıəlibəy kənd İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 282 saylı arayışından müəyyən olunur ki, JN-0227 saylı, 30209108 kodlu Şəhadətnamədə və JN 227 saylı, 30209108 kodlu Dövlət Aktında mülkiyyətçilərdən X5 adı səhv olaraq “Zöhrab” kimi, Ərizəçi1 adı səhvən “Tofiq” kimi, Ərizəçi2 ata adı səhvən “Tofiq” kimi yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0227 saylı, 30209108 kodlu Şəhadətnamənin və “Torpağa mülkiyyət hüququna dair” JN 227 saylı, 30209108 kodlu Dövlət Aktının digər mülkiyyətçilər X6 və X7 ilə birlikdə mərhum X8 və Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0227 saylı, 30209108 kodlu Şəhadətnamənin və “Torpağa mülkiyyət hüququna dair” JN 227 saylı, 30209108 kodlu Dövlət Aktının digər mülkiyyətçilər X6 və X7 ilə birlikdə mərhum X8 və Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1405/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1405/2022
28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver