Məhkəmə qərarları › İş №2(067)-1406/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1406/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1406/2022 14.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Dərvişəli qızının iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Dərvişəli qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Dərvişəli qızı ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə” dair JN-012A saylı, 30202004 kodlu Şəhadətnamə Ərizəçi1 və Ərizəçi2 Dərvişəli qızına və digər hüquq sahibləri ilə birlikdə onlara məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Dərvişəli qızı ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonunun Xudat şəhəri, İİİ-cü şöbə ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-012A saylı, 30202004 kodlu Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə bəzi yalnışlıqlara yol verilmişdir. Həmin şəhadətnamədə onların adları Ərizəçi1 olduğu halda səhvən “Ərizəçi1 Mürvət oğlu” kimi, Ərizəçi2 olduğu halda səhvən Ərizəçi2 Dərviş qızı kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda mülkiyyət sənədlərini almaq üçün DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin JN-012A saylı, 30202004 kodlu Şəhadətnamədə yuxarıda göstərilən yanlışıqlar olduğuna görə onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu barədə onlara imtina məktubu da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə ona və onun ailə üzvlərinə Xaçmaz rayonunun Xudat şəhəri 3-cü şöbə ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-012A seriyalı 30202004 kodlu torpağa mülkiyyət hüququna dair Şəhadətnamə verilib. Lakin Şəhadətnamədə mənim ata adım Mürsəli əvəzinə səhvən Mürvət kimi, arvadımın ata adı isə Dəvrişəli əvəzinə səhvən Dərviş kimi qeyd edilib. Torpaq sahəsi təhkim olunandan bəri onların istifadəsində olub və sənəddəki yanlışlığa fikir verməmişdir. Bu yaxınlarda torpaq sahəsi ilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDKRX X10 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişik, lakin JN-012A seriyalı 30202004 kodlu torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə yanlışlıq olduğundan, yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşuq. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Ərizənin təmin edilməsini xahiş edir. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə Şəhadətnamədə olan yalnışlığa fikir verməmişdir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Məhkəmə iclasında Ərizəçi2 Dərvişəli qızı ərizəsini müdafiə edərək digər ərizəçi ilə eyniməzmunlu izahat vermiş, və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-012A saylı, 30202004 kodlu Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə Ərizəçi1 Mürvət oğlunun, Ərizəçi2 Dərviş qızının, X2, X3 və X1 mülkiyyətinə Xaçmaz rayonunun Xudat şəhəri, İİİ-cü şöbə ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1955-ci il tarixdə Qusar rayonunun Xuray kəındində anadan olmuşdur, Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü Şöbədə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 Dərvişəli qızı xx.xx.1957-ci il tarixdə Qusar rayonunun Xuray kəındində anadan olmuşdur, Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü Şöbədə qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon, Xudat şəhər İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 406 saylı arayışından müəyyən olunur ki, JN-012A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən Ərizəçi1 Mürvət oğlunun və Ərizəçi2 Mürsəli qızı kimi yazılmışdır, həmin şəhadətnamədə adları Ərizəçi1 və Ərizəçi2 Dərvişəli qızı kimi oxunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair JN-012A saylı, 30202004 kodlu Şəhadətnamədə Ərizəçi1, Ərizəçi2 Dərvişəli qızına, X5, X6 və X4 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair JN-012A saylı, 30202004 kodlu Şəhadətnamədə digər mülkiyyətçilərlə birlikdə Ərizəçi1 və Ərizəçi2 Dərvişəli qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar