Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-144/2022 13.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iсlas katibi X6 Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 13 aprel 2022-сi ildə Xaçmaz şəhərində açıq məhkəmə iсlasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 01.10.1962-ci təvəllüdlü X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 01.10.1962- ci təvəllüdlü X1 doğulandan əqli inkişafdan geri qalmışdır. Bu səbəbdən də onun qayğıya ehtiyacı olduğu üçün, ona hal-hazırkı zamanadək qulluq edir və bacısı onun himayəsindədir. X1 onunla bir ünvanda yaşayır, o öz hərəkətlərini idarə etmək iqtidarında olmayan fəaliyyət qabiliyyətsiz şəxsdir. Bənövşəni bir çox müalicə müəssələrinə aparsa da, bunun heç bir müsbət nəticəsi olmamışdır. Həkimlərin ğəldiyi nəticəyə görə onun normal həyata qayıtması qeyri mümkündür. O, İ qrup əlildir. Onun İ dərəcəli qrup xəstəsi olmağına dair 20.11.1990-cı il tarixli, 610535 saylı vəsiqə mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçünсü şəxsə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 01.10.1962-ci il tarixdə Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nin Qımıl-Qışlaq İƏD-nin nümayəndəliyinin 08.09.2021-ci il tarixli arayışlarından müəyyən olunur ki, X4 və Ərizəçi Xaçmaz rayonunun Maşı-Oba kəndində yaşayırlar. X4 ruhi xəstə olduğu üçün qardaşı Ərizəçi himayəsindədir. İş materiallarında olan 20.11.1990-cı il tarixli, 610535 saylı vəsiqənin surətindən müəyyən olunur ki, 01.10.1962-ci təvəllüdlü X4 İ qrup əlildir. İş materiallarında olan 24.02.2022-сi il tarixli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, 01.10.1962-ci təvəllüdlü X3 ağır dərəсəli əqli gerilik (imbesillik dərəсəsində) qeyd olunur. 01.10.1962-ci təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. B.Ş.Lalayevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbayсan Respublikasının Mülki Prosessual Məсəlləsinin 319-сu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbayсan Respublikasının Mülki Məсəlləsinin 28.8-сi maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nətiсəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbayсan Respublikası Mülki Prosessual Məсəlləsinin 216- 220-сi maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01.10.1962-ci təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-144/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-144/2022
13.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver