Məhkəmə qərarları › İş №2(067)-1446/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1446/2025

28.08.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1446/2025 28.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəflər qismində Xaçmaz rayon 1 saylı Notariat ofisini, X2, Maraqlı şəxs3 və X5 cəlb etdiyi notariat hərəkətlərinin aparılmasından imtina tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusunun ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verməməsini əsassız hesab etməklə, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2004 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən mərhum valideynləri X3 və X6 adına Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatan hissələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2004 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən mərhum valideynləri X3 və X6 adına Xaçmaz rayonu, Yergüc kəndində 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Valideynlərimdən X1 xx.xx.2020-ci ildə, anası X8 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Onların vəfatı ilə əmlaklarına vərəsəlik açılmışdır. Mən birinci növbəli vərəsə olaraq mirasdan pay almaq üçün Xaçmaz rayon 1 saylı Notariat Ofsiinə müraciət edərək ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məlum olmuşdur ki, anası X8 xx.xx.2008-ci il tarixli vəsiyyətnamə ilə JN-2654 saylı, 30209018 kodlu Dövlət Aktında göstərilən Xaçmaz rayonu, Yergüc kəndində yerləşən torpaq sahəsindən öz payını X7 vəsiyyət etmişdir. Vəsiyyətnamənin olmasına baxmayaraq onun da həmin hissədə məcburi payı vardır. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, X-1272 saylı məktubu ilə ona bildirilmişdir ki, mərhumların birinci növbəli varisləri mövcuddur, bu səbəbdən də vərəsəlik işinin davam etdirilməsi və payların müəyyən edilməsi mümkün deyildir, Hesab edirəm ki, notariat orqanının imtinası əsassızdır. Belə ki, o yalnız özünə aid hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Mərhum valideynlərinin 4 övladları olduğundan miras qalmış əmlakın ¼ hissəsinə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Qardaşı Maraqlı şəxs3 və 1976-cı il təvəllüdlü bacısı Maraqlı şəxs4 da birinci növbəli vərəsələrdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, o, Rəmziyyə, Güloğlan və Azadə dörd övladdırlar. Valideynlərindən qalan 0,59 ha torpaq sahəsindən öz payına düşən ¼ hissədə payını istəyir. 2008-ci ildə anası vəsiyyət edəndə həmin vəsiyyətnamədən xəbəri olmuşdur. 2021-ci ildə anası rəhmətə gedəndən sonra mirasın tam şəkildə bacısı Azadə tərəfindən qəbul edilməsinə etiraz etməmişdir, lakin sonradan bacısı ilə bəzi məsələlərdə anlaşa bilməmişlər, aralarında olan münasibətlər soyumuşdur. Ona görə də, bacısına düşən miras paydan pay əldə etmək niyyətinə gəlib. İş üzrə maraqlı tərəflər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, X4, Maraqlı şəxs3 və X7 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, özləri və ya nümayəndələri heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. X1, anası X8 qeyd olunmuşdur. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. -xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayon Yegüc kəndində 0.59 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X3 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 520 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. -iş üzrə cavabdeh Ərizəçi oğlunun notariat ofisinə ünvanladığı ərizənin cavabından görünür ki, X6 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan varislər arasında pay bölgüsünə dair mübahisənin olduğu üçün hal-hazırda vərəsəlik işinin davam etdirilməsi və payların müəyyən edilməsi mümkün deyildir. Məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. -Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 07 may 2025-ci il tarixli X-668 saylı məktubundan görünür ki, X9 tərəfindən X7 edilmiş vəsiyyətnamə əsasında miras qalmış hər hansı bir əmlaka dair vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir. -xx.xx.2008-ci il tarixli 2V-1/405 reyestr nömrəli vəsiyyətnamənin təsdiq edilmiş sürətindən görünür ki, X8 öləm günədək ona məxsus olan JN-2654 kodlu 30209018 nömrəli dövlət aktına əsasən Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,59 ha torpaq sahəsini doğma qızı X7 vəsiyyət etmişdir. Beləliklə də, iş materiallarından və ərizəçinin izahatından müəyyən olunur ki, Ərizəçi anası özünə məxsus olan daşınmaz əmlakı qızı Azadə Balacayevaya vəsiyyət etsə də, sonuncu anasının ölümündən sonra vərəsəlik hüququ haqqında müvafiq şəhadətnaməni alıb 0,59 ha torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Hazırda isə Ərizəçi sözügedən miras əmlakdan məcburi payının ayrılmasına nail olmağa çalışır. Məhkəmə xüsusilə vurğulayır ki, ərizəçinin faktiki niyyəti miras əmlakdan məcburi payın ayrılması ilə bağlı olsa da, hazırki iddia tələbi məcburi payın müəyyən edilməsi ilə bağlı deyil. Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, 1 saylı Notariat Ofisinin notariusunun ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməməsini əsassız hesab etməklə ona çatan hissələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1 saylı Notariat Ofisinin notariusu haqlı olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir, ona görə ki, iş üzrə miras qoyanın qüvvədə olan vəsiyyətnaməsi mövcud olduğundan və digər vərəsələr arasında ixtilaflar olduğundan notarius digər vərəsələrin məcburi payının müəyyən etmək səlahiyyətində deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilməsin. Mülki işə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar