Məhkəmə qərarları › İş №2(067)-145/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-145/2022

01.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-145/2022 01.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 25.02.1954-cü il təvəllüdlü X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 25.02.1954-cü il təvəllüdlü X7 onun atasıdır. X2 ”İnvolyusyon paranoid” adlı psixi xəstəlikdən əziyyət çəkdiyinə görə öz hərəkətlərini dərk edə bilmir, faktiki olaraq psixidir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Atasına o, özü qulluq edir. 2013-cü ildən Quba PNRM-də qeydiyyatdadır. Həmçinin, atası bu xəstəliyə görə pensiya da almaqdadır. Bu səbəbdən də onun xəstəliyi ilə əlaqədar o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 arayışından da müəyyən olunur ki, atası 25.02.1954-cü il təvəllüdlü X7 ”İnvolyusyon paranoid” diaqnozlu psixi xəstəlikdən əziyyət çəkir. Qeyd olunanlarla əlaqədar hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17.11.2021-ci il tarixli 2707 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 05680633 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və AZ-T seriyalı 168937 sayı doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən olunur ki, X7 25.02.1954-cü il tarixdə Quba rayonunun Küsnət kəndində anadan olmaqla, Xaçmaz rayonunun Qadaş-Oba kəndində yaşayır. İş materiallarında olan İX-JQ seriyalı 303477 saylı doğum haqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1983-cü ildə Xaçmaz rayonunun Qadaş-Oba kəndində anadan olmuşdur, onun X2, anası X5r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 25.08.2021-ci il tarixli arayışından müəyyən olunur ki, 25.02.1954-cü il təvəllüdlü X7 ”İnvolyusyon paranoid” diaqnozlu psixi xəstədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17.11.2021-ci il tarixli 2707 saylı rəyindən müəyyən olunur ki, 25.02.1954-cü il təvəllüdlü X4 involusion paranoid xroniki psixi xəstəliyi müəyyən edilir. 25.02.1954-cü il təvəllüdlü X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslıdır. X3 psixi vəziyyətinə görə səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vemir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 25.02.1954-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.02.1954-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar