Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1458/2020 22.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlu İddiaçı cavabdeh "x3 Cəmiyyətinin Xaçmaz x1rşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "x3 Cəmiyyətinin Xaçmaz x1rşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh "x3 x2 Elektrik Şəbəkəsi tərəfindən ona məxsus Xaçmaz rayoinunun Şimali kəndi ünvanında yerləşən yaşayış evinə elektrik enerjisindən sərfiyyata görə hesablanmış 275,44 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izvanov Babaşirin Mövlüdoviç 22 iyun 2020-ci il tarixli ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb QƏRARA ALDİM: İddiaçı cavabdeh "x3 Cəmiyyətinin Xaçmaz x1rşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1458/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1458/2020
22.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver