Məhkəmə qərarları › İş №2(067)-1471/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1471/2020

08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1471/2020 08.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 iştirakları ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN:0555 nömrəli, 30213018 kodlu Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizələrini onunla əsaslandırmışlar ki,Xaçmaz rayon X2 qərarı ilə onlara yaşadıqları Xaçmaz rayonunun Qusarçay kəndində 0,31 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN- 0555 saylı, 30213018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Lakin Dövlət Aktında Ərizəçi1 əvəzinə Şəfiyev Ağayar Möhubbət kimi, Ərizəçi4 əvəzinə X1, Ərizəçi2, Ərizəçi3 və X5 əvəzinə soyadları “Şəfiyev, Şəfiyeva” kimi göstərilmişdir. Mülkiyyətlərinə verilmiş həmin torpaq sahəsinə dair yeni mülkiyyət sənədinin alınması məqsədilə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edərkən sənəddə yanlışlığın olması aşkar edilmişdir. Onlara bu yalnışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Göstərilənlərlə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermişlər və əlavə olaraq bildirmişlər ki,pay torpaq sahəsindən hazırda onlar, özləri istifadə edirlər, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki yanlışlığa fikir verməmişlər. Ərizənin təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında ərizəçilərin şahid qismində təqdim etdikləriƏlənmədov Binyamiddin Şamil oğlu bildirmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur. Xaçmaz rayon X2 qərarı ilə ərizəçilərə yaşadıqları Xaçmaz rayonunun Qusarçay kəndindən 0,31 ha torpaq sahəsi verilib və JN 0555 seriyalı 30213018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Lakin Ərizəçi1 əvəzinə Şəfiyev Ağayar Möhubbət oğlu kimi, Ərizəçi4 əvəzinə X1, Ərizəçi2, Ərizəçi3 və X6 əvəzinə soyadları “Şəfiyev, Şəfiyeva” kimi göstərilib. Məhkəmə iclasında ərizəçinin şahid qismində təqdim etdiyiAydəmirov Namik Şıxbala oğlu dindirilərkən bildirmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur. Xaçmaz rayon X2 qərarı ilə ərizəçilərə yaşadıqları Xaçmaz rayonunun Qusarçay kəndindən 0,31 ha torpaq sahəsi verilib və JN 0555 seriyalı 30213018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Lakin Ərizəçi1 əvəzinə Şəfiyev Ağayar Möhubbət kimi, Ərizəçi4 əvəzinə X1, Ərizəçi2, Ərizəçi3, və Ərizəçi5 əvəzinə soyadları “Şəfiyev, Şəfiyeva” kimi göstərilib. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi1 kimi göstərilmişdir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi2 kimi göstərilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi4 kimi göstərilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi5 kimi göstərilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN:0555 nömrəli, 30213018 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon X2 qərarı ilə Ərizəçi1 Xaçmaz rayonunun Qusarçay kəndində 0,31 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********18 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi1 JN:0555 nömrəli, 30213018 kodlu Dövlət Aktına düzəliş edilməsi üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin, ona göstərdiyi məsələnin həllinin idarənin səlahiyyətlərinə aid oplmadığı və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçilər tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN:0555 nömrəli, 30213018 kodlu Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN:0555 nömrəli, 30213018 kodlu Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar