Məhkəmə qərarları › İş №2(067)-1471/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1471/2022

04.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1471/2022 04.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair JN-292 saylı, 30212018 kodlu Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN-292A saylı, ********* kodlu Şəhadətnamənin xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum anası X4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 25 yanvar 2000-ci il tarixli 22 nömrəli qərarı ilə onun anası mərhum X3 mülkiyyətinə Xaçmaz rayonu, Köhnə-Xudat kəndi ərazisindən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” JN- 292 saylı 30212018 kodlu Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmçinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 02 saylı qərarına əsasən anası mərhum X3 mülkiyyətinə Xaçmaz rayonu, Köhnə-Xudat kəndi ərazisindən 0.77 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair adına JN-292 seriyalı, 30212018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin Şəhadətnamədə və dövlət aktında mərhum anasının adı X5 olduğu halda səhvən “İcazə” kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda mülkiyyət sənədlərini almaq üçün DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət etmişdir. Mərhum anasının adının yazılışında Şəhadətnamədə və Dövlət aktında yuxarıda göstərilən yanlışıqlar olduğuna görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Məhkəmə iclasında ərizəçi X10 ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın 25 yanvar 2000-ci il tarixli 22 nömrəli qərarı ilə onun anası mərhum X3 mülkiyyətinə Xaçmaz rayonu, Köhnə-Xudat kəndi ərazisindən 0.15 ha həyətyanı torpaq sahəsi və xx.xx.1998-ci il tarixli 02 saylı qərara əsasən həmin ərazidə mərhum anasına 0.77 ha pay toraq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair ona JN-292A seriyalı 30212018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-292 saylı 30212018 kodlu torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət aktı verilib. Lakin Şəhadətnamədə və Dövlət aktında mərhum anası X3 adı səhvən İcazə kimi qeyd edilib. Torpaq sahəsi təhkim olunandan sonra anasının və özünün istifadəsində olub və sənədlərdəki yanlışlığa fikir verməmişdir. Bu yaxınlarda torpaq sahəsiylə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin JN-292A seriyalı 30212018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-292 saylı 30212018 kodlu torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıq olduğundan, ona yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə şəhadətnamədəki və dövlət aktındakı yalnışlığa fikir verməmişdir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-292A saylı, 30212018 kodlu Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.2000ci il tarixli 22 saylı qərarı ilə X4 Xaçmaz rayonunun Köhnə Xudat kəndindən 0.15 ha həyətynı torpaq sahəsi ayrılıb. İş materiallarında olan Torpağa Mülkiyyət hüquna dair JN-292 seriyalı, 30212018 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz AİK-nın xx.xx.1998-ci il tarixli, 02 saylı qərarı ilə X4 Xaçmaz rayonunun Köhnə Xudat kəndindən 0.77 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur, Bakı şəhəri, D.Bünyadzadə küçəsi, ev 2, mənzil 111-də qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz RİHB-nın Köhnə-Xudat kənd İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 119 saylı arayışından müəyyən olunur ki, JN-292A saylı Şəhadətnamədə və xx.xx.2022-ci il tarixli 120 saylı arayışdan müəyyən olunur ki, JN-292 saylı Dövlət X1 adı mexaniki səhv olaraq X2 yazılmışdır. İş materiallarında olan AZ-İ 972322 saylı Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair JN-292 saylı, 30212018 kodlu Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN-292A saylı, ********* kodlu Şəhadətnamənin xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum X4 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair JN-292 saylı, 30212018 kodlu Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN-292A saylı, ********* kodlu Şəhadətnamənin xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar