Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1478/2022 29.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 29 iyul 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon DT və XK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 172 uçot çıxarışı olan torpağın mülkiyyətə verilməsinə dair JN 230F saylı 30220018 kodlu şəhadətnamədə və AN 424108 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən mülkiyyətlərinə 2698 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair öz adına çıxarış almaq istəyir. Qeyd olunan sənədlərdə atasının adı Dadaş əvəzinə Dadalı yazılmışdır. İş üzrə ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Xaçmaz rayon DT və XK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 172 uçot çıxarışı olan torpağın mülkiyyətə verilməsinə dair JN 230F saylı 30220018 kodlu şəhadətnamənin ona və oğlu X3 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 230F saylı 30220018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən X1, X2 mülkiyyətinə 0,12 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz RHİB-nın Pirqulu oba İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 111 nömrəli arayışından müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 230F saylı 30220018 kodlu şəhadətnamədə soyad və adlar aşağıdakı kimi yazılıb oxunmalıdır. Ərizəçi, X4. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN 230F saylı 30220018 kodlu şəhadətnamədə adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 230F saylı 30220018 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi şəhadətnamədə ərizəçinin adında və ata adında yanlışlıq qeyd olunmuşdur. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0,12 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 230F saylı 30220018 kodlu şəhadətnamənin «şəhadətnamədə adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə» Ərizəçi da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1478/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1478/2022
29.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver