Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1479/2022 07.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair JN-0065 saylı, 30214018 kodlu Dövlət aktında X1, X4, X8, X3 və X10 adı səhv qeyd olunan digər hüquq sahibləri ilə birlikdə ona Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci ildə Xaçmaz rayonunun, Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisindən 2.38 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-0065 saylı, 30214018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında onun adı Ərizəçi olduğu halda səhvən “X13” kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda mülkiyyət sənədlərini almaq üçün DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin JN-0065 saylı, 30214018 kodlu Dövlət aktında yuxarıda göstərilən yanlışıqlar olduğuna görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisindən 2.38 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-0065 saylı, 30214018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında onun adı Ərizəçi olduğu halda səhvən “X13” kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda mülkiyyət sənədlərini almaq üçün DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin JN-0065 saylı, 30214018 kodlu Dövlət aktında yuxarıda göstərilən yanlışıqlar olduğuna görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Ərizənin təmin edilməsini xahiş edir. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə dövlət aktındakı yalnışlığa fikir verməmişdir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət hüquna dair JN-0065 saylı, 30214018 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz AİK-nın xx.xx.1997-ci il tarixli, 16 saylı qərarı ilə aktında X1, X4, X8, X3 və X10 mülkiyyətinə Xaçmaz rayonunun, Qımıl-qışlaq kəndi ərazisindən 2.38 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz RİHB-nın Qımıl-qışlaq kənd İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 03 saylı arayışından müəyyən olunur ki, JN-0065 saylı Dövlət Aktında Ərizəçi adı səhvən X7 yazılmışdır. İş materiallarında olan XİX- 426273 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair JN-0065 saylı, 30214018 kodlu Dövlət aktı X2, X6, X9, X5 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair JN-0065 saylı, 30214018 kodlu Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1479/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1479/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver