Məhkəmə qərarları › İş №2(067)-1496/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1496/2020

25.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1496/2020 25.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1901-ci ildə keçmiş Qonaqkənd rayonunun Aydınkənd kəndində doğulmuş X2 xx.xx.1983-cü il tarixdə vəfat etməsi faktının, X3 ilə X4 ana-oğul olması faktının, mərhum X1 miras qalmış Xaçmaz şəhəri, Bünyadzadə küçəsi, 4 ünvanında 600 kv. metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinə münasibətdə mirasın xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum atası X6 tərəfindən, onun ölümündən sonra isə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə mürasiət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, ərizəçi miras əmlakın onun tərəfindən qəbul edilməsi üçün notariat ofisinə rəsmi müraciət etməmişdir. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 308-si maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, ərizəçi ilk növbədə mirasın qəbulu üçün notariat ofisinə müraciət etməli, sənədi başqa qaydada ala bilməməsini təsdiq edən rəsmi imtina məktubu aldıqdan sonra həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4.-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə qeyd edilən prosessual tələblərə riayət etdikdən sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Ərizə geri qaytarıldığına görə ərizəçinin Kapital Bank ASC-nin Xaçmaz filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrar ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Ərizə geri qaytarıldığına görə ərizəçinin Kapital Bank ASC-nin Xaçmaz filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar