Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1509/2020 27.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclası katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona yəni Ərizəçi və ailə üzviləri X8, Məlikova Könül Rza qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X4 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ona yəni Ərizəçi, arvadı Məlikova Könül Rza qızına və oğlu X8 yaşadıqları Xaçmaz rayonunun Mollaburhan kəndində 1,08 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Lakin Dövlət Aktında oğlu Şamonun adı səhvən Paşa kimi qeyd edilmişdir. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir ki, oğlunun adındakı səhv düzəldilsin. O,ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, bildirmişdir ki, oğlu cəbhə bölgəsində xidmət etdiyi üçün oğlunun adından o, ərizə vermişdir. Oğlu ona onun adından iddia qaldırmaq üçün etbarnamə verməmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X12 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməiş üzrə maraqlı şəxs DƏDRX-nin 5 saylı X10 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlnı dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olunduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon X4 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə Ərizəçi, Məlikova Könül Rza qızına və X8 yaşadıqları Xaçmaz rayonunun Molla Burhan kəndində 1,08 ha pay torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinə JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. İş materiallarında olan Torpağın Mülkiyyət Hüququna Dair JN-0082 kod, 30214028 saylı Dövlət Aktından müəyyən olunur ki, X7 adı səhvən Paşa kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 602 saylı və xx.xx.2020-ci il tarixli 549 saylı arayışlardan müəyyən olunur ki, Ərizəçi və X1 qeydiyyatda olmaqla, həmin kənddə yaşayırlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının özünə, həyat yoldaşı Məlikova Könül Rza qızına və oğlu X8 məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Həmin şəhadətnamədə ərizəçinin və həyat yoldaşının adı ilə bağlı uyğunsuzluq olmadığı üçün bu halın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yoxdur. Lakin, iş materiallarına ərizəçinin oğlu X9 təmsil etmək səlahiyyətinin olmasını təmsil etmək səlahiyyətinə malik olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Belə olduğu halda ərizəçinin hazırkı ərizə ilə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müəyyən etmək hüququna malik deyil, ərizə hüququ olmayan şəxs tərəfindən verilmişdir. Buna görə də, ərizəçinin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərzəsi əssasız olduğundan təmin edilməməlidir. QƏT ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1509/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1509/2020
27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver