Məhkəmə qərarları › İş №2(067)-1523/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1523/2020

03.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1523/2020 03.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun Ərizəçi, Üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi Mövlanov Akif Mövlud oğlunun iştirakı ilə Ərizəçi qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1970-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X4 həyat yoldaşıdır. xx.xx.1970-ci il təvəllüdlü X1 rayone Nağı oba kəndində anadan olub və onunla birgə həmin kənddə yerləşən evdə yaşayır. Əri 2-ci dərəcəli əlildir, anadangəlmə əlil doğulmuşdur. Əri psixi qüsuruna görə öz hərəkətlərinin mənasını dərk etmir, öz-özünü idarə edə bilmir və onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Əri müstəqil yaşaya bilmir, onun bütün ehtiyaclarını o ödəyir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 ilə Ərizəçi arasında nikah xx.xx.2016-cı ildə bağlanmışdır. Nikahdan sonra qadın ərinin soyadı olan Əmrahova soyadını qəbul etmişdir. İş materiallarında olan DSMF-nun Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından müəyyən olunur ki, X4 İİ qrup əlilliyə görə hər ayda 130 manat ömürlük müavinət alır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2637 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X3 ağır kəmağıllılıq (imbesillik dərəcəsində oliqofreniya) aşkar olunur. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar