Məhkəmə qərarları › İş №2(067)-1523/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1523/2024

03.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1523/2024 03.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Azəriqaz İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 2574.72 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı iddiasını müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə əvvəllər məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 2574 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Xaçmaz rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(067)-2976/2023 saylı qətnaməsi ilə onun iddiası təmin edilərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 2574 manat pul (borc) abonentin hesabından silinmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Ona görə də hesab edir ki, iddiaçının hazırkı iddiasına yenidən baxıla bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(067)-2976/2023 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 2574 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və onun iddiası təmin edilərək, Azəriqaz İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 2574 manat pul (borc) abonentin hesabından silinmişdir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla qətnamə artıq qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Belə olan halda İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə elektron qaydada şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar