Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-153/2025 13.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2006-cı ildə Xaçmaz rayonu Xudat şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı xx.xx.2006-cı ildə Xaçmaz rayonunun Xudat şəhərində doğulmuş X3 anadangəlmə ömürlük olaraq 1-ci qrup əlildir, “Kvadropledik spastik serebral iflic. Uşaq serebral iflici”. Ona ömrünün sonuna qədər İ qrup əlilliyə görə təqaüd təyin edilmişdir. İ qrup əlil olduğuna görə yazıb oxumağı bacarmır, kəmağıllı olduğundan öz "hərəkətlərinin mənasını dərk edə bilmir. X3 öz hərəkətlərinin mənasını dərk edə bilmədiyinə, yazıb-oxumağı da bacarmadığına görə çətinlik yaranmışdır, ona görə də ona tövsiyyə olunmuşdur ki, qızımın üzərində qəyyumluq təyin olunmalıdır. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızı Validə serebral iflic xəstəsidir və əmək qabiliyyəti yoxdur. Ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qızının fəaliyyət qabiliyyətinin olmaması ekspert rəyi ilə də təsdiq olunur. Qızı hazırda da onunla yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı tərəf Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 004205 nömrəli arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 İ qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 4664 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X2 dərin əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Buna görə də, X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-153/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-153/2025
13.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver