Məhkəmə qərarları › İş №2(067)-1553/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1553/2023

23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1553/2023 23.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, İclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı cari ilin qaz limitinin düzgün sıfırlanmaması barədə iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı cari ilin qaz limitinin düzgün sıfırlanmaması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cari ilin qaz limitinin düzgün sıfırlanmaması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl, Azəriqaz İB-yə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə cari ilin qaz limitinin düzgün sıfırlanmaması barədə Azəriqaz İB-yə müraciət etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı cari ilin qaz limitinin düzgün sıfırlanmaması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar