Məhkəmə qərarları › İş №2(067)-1559/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1559/2022

19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1559/2022 19.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4, X2, X7, X8, X6 və X10 adlarına verilmiş, JN-0023 saylı, 30210058 kodlu Dövlət aktında adları qeyd olunmuş digər hüquq sahibləri ilə birlikdə onun, Ərizəçi adına olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildə Xaçmaz rayonunda doğulmuşdur. O, Xaçmaz rayonunun Sayad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonu, Sayad kəndi ərazisindən 5.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0023 saylı, 30210058 kodlu Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin Dövlət aktında onun adı Ərizəçi olduğu halda adı səhvən “Gülşən” kimi, yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda mülkiyyət sənədlərini almaq üçün DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət etmişdir. X25 yuxarıda göstərilən yalnışlıq olduğuna görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə ona və valideynlərinə Xaçmaz rayonunun Sayad kəndində 5,13 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-0023 seriyalı 30210058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X25 adı Gültən əvəzinə səhvən Gülşən kimi qeyd edilib. Torpaq sahəsi bizə təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişik. Bu yaxınlarda torpaq sahəmizlə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişəm, lakin JN-2703 seriyalı ********* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, bizə yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət hüquna dair JN-0023 seriyalı, 30210058 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə X4, X2, X11, X12, X9 və X13 Xaçmaz rayonunun Sayad kəndindən 5.13 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 15843720 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur, Xaçmaz rayonunun Sayad kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ İİ 229740 saylı nikah haqqında Şəhadətnamədən müəyyən olunur ki, X16 ilə X14 rəsmi nikah bağlamışlar. İş materiallarında olan Xaçmaz RİHB-nın Qalağan kənd İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 295 saylı arayışından müəyyən olunur ki, JN-0023 seriyalı 30210058 kodlu Dövlət X1 adı mexaniki səhv olaraq Gülşən kimi yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair JN-0023 seriyalı, 30210058 kodlu Dövlət aktında hüquq sahibi, X5, X3, X11, X12, Ərizəçi və X13 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair JN-0023 seriyalı, 30210058 kodlu Dövlət aktında hüquq sahibi, X5, X3, X11, X12, Ərizəçi və X13 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar