Məhkəmə qərarları › İş №2(067)-1573/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1573/2022

30.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1573/2022 30.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Qaz İstismar İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticəsinə dair komissiya qərarının və bu barədə yazılmış xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğvi və həmin akta əsasən yazılmış 1072 manat əsassız olaraq hesablanmış ziyanın silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Ona məxsus evdə sayğacın üfüqi vəziyyətə gətirərək qazdan qeyri-qanuni istifadə halı aşkarlanması barədə xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Qaz İstismar İdarəsi tərəfindən yazılan ******* saylı akt yazılaraq onu 1072 manat cərimə etmişlər. Halbuki, onun sayğacı Azəriqaz İB-nin işçiləri tərəfindən səhv quraşdırılmışdır. Bu barədə dəfələrlə Azəriqaz İBnə müraciət etsədə müxtəllif bəhanələr gətirərək sayğaca baxış keçirməkdən yayınmışlar. Hər ay qaz sayğacının göstəricilərinə görə o, istifadə etdiyi qaz borcunu ödəmişdir. onun ödənilməmiş borcu qalmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı AKT-da göstəriənlər əsassızdır və silinməlidir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Abonent sayğacı üfüqü vəziyyətə gətirərək təbii qazdan qeyri- qanuni istifadə edir rəyi verilmişdir. Abonent dəymiş ziyanını ödəməlidir. xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədi təqdim edilmiş, həmin sənəddə göstərilir ki, “qaz sayğacının nominal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi-24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazım bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2.4 x 24 x 90=5184 m3 və 1.4x24x90=3024 m3 itirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş sənəddə 8208 m3 qaz sərfıyyatına görə qalıq borcu hesablanmışdır. Yuxarıda göstərildiyi kimi sayğac çıxarılıb götürülərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Şübhə edir ki, sayğac elə yoxlayıcılar tərəfindən qəsdən zədələnmişdir ki, ona əlavə pul hesablansın. Qaz sayğacı küçədə, evinin giriş qapısından aralıda quraşdırılıb, sərfıyyatına görə ödənişləri vaxtlı-vaxtında etmişdir, Onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Əraziyə baxan qaz nəzarətçisi də ayda bir neçə dəfə sayğacın göstəricilərini yazır, əgər müdaxiləyə hər hansı bir şübhə olsaydı o, görərdi. Ona görə də hesab edir ki, əsassız hesablanmış məbləğ silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Səyyad Babayev və tanımadığı başqa bir nəfər şəxs həyətinə daxil olub qaz sayğacına baxış keçirmişlər və nəzarətçiyə zəng vurub sayğacda sızma olduğunu dedilər və sayğacı dəyişmələrini tapşırdılar. xx.xx.2022-ci il tarixdə qaz idarəsinin əməkdaşları sayğacı dəyişməyə gəlmişlər. Həmin vaxt nəzarətçi ona, sayğacda problem olduğunu, və yoluna qoymaq lazım olduğunu bildirmişlər, o isə sızıntının qarşısını onların almasını bildirmişdir. Buna görə qaz idarəsinin əməkdaşları onunla kobud davranmağa başlamışlar. Sonradan o, poçt vasitəsi ilə debitor borcunu ödəyəndə ona məlum olmuşdur ki, qaz sayğacına müdaxiləyə görə ona 984,96 manat ziyan hesablanıb. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X1 iddian qəbul etməyərək bildirmişdir ki, iddiaçının evinə quraşdırılmış sayğac şaquli vəziyyətə gətirildiyinə görə, qaz sayğacdan keçib, lakin qaz sərfiyyatı qeydə alınmayıb. Xaçmaz RQİİ-nin işçiləri quraşdırılmış qaz sayğacını xx.xx.2022-ci il tarixdə dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə akt tərtib olunub. iddiaçı evində kənar xətdən istifadə etdiyinə görə ona ziyan hesablanıb. Bu barədə foto və video çəkiliş də var. Həmin videoçəkilişdə iddiaçının həyətində olan qaz sayğacının üfüqı vəziyyətdə olması əks olunur. Sayğac üfüqi vəziyyətdə olanda isə ondan qaz keçsə də, sərfiyyat qeydə alınmır. Sayğaca baxış keçirilərkən bu fakt öz təsdiqini tapıb və təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək, iddiaçıya 984,96 manat məbləğində dəymiş ziyan hesablanıb. İddiaçıya dəymiş ziyanı ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, o, hazırkı vaxtadək ziyanı ödəməyib. Mən iddiaçının evinin həyətində quraşdırılmış qaz sayğacına keçirilmiş baxışla bağlı videoçəkiliş əks olunan diski məhkəməyə təqdim edirəm və məhkəmə iclasında nümayiş etdirilməklə, iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, X2 məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacı abonent sayğacı üfüqü vəziyyətə gətirərək təbii qazdan qeyriqanuni istifadə edir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Beləliklə də, iş materiallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış ziyan məbləği abonent İddiaçı aiddir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, qaz sayğacı üfüqi vəziyyətə gətirilmişdir. Nəzərə alınmaq lazımdır ki, qaz sayğacı dəmir materialından hazırlanmış bir qurğudur və qaz borularına dəmir birləşmələrlə bərkidilir. Yəni sayğacın vəziyyətini dəyişmək üçün mənzilə gedən qaz təchizatını dayandırmaq, qaz sayğacını borudan ayırmaq məcburidir. Bundan sonra müvafiq işlər gördükdən sonra onu üfüqi vəziyyətə gətirmək mümkün olacaqdır. İddiaçı isə iddia edir ki, sayğac küçədə yerləşdiyindən, onun üfüqi vəziyyətə kim tərəfindən gətirilməsi barədə məlumatı yoxdur, iddia edir ki, bunu hər yoldan keçən şəxs edə bilərdi. Halbuki, yuxarıda göstərildiyi kimi, qaz sayğacını bu vəziyyətə gətirilməsi üçün ən azı mənzilə qaz sayğacının təchizatı dayandırılmalıdır, daha sonra isə sayğacın borudan ayrılaraq üfüqi vəziyyətə gətirilməsi yalnız xüsusi alətlər vasitəsilə həyata keçirmək mümkündür. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sayğacın üfüqi vəziyyətə kənar şəxs tərəfindən gətirilməsi barədə məlumatsız olması əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar