Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1579/2020 29.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə katibi X13, Ərizəçi nümayəndəsi X1, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi tabeliyində Dövlət X18 publik hüquqi şəxsin Xaçmaz rayon nümayəndəliyinin nümayəndəsi X9 iştirakı ilə Ərizəçi şəxsin öhdədə olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,1934–cü il təvəllüdlü mərhumə anası X6 2004-cü il tarixdən 2019-cu il tarixə qədər, 1930-cu il təvəllüdlü atası X2 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək öhdəsində olması faktlarının müəyyən edilməsinə dair və həmin illərin əmək pensiyası təyin edilərkən onun üçün iş stajı kimi hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olmuşdur. 1970-ci ildən 1993-cü ilə qədər əvvəlcə “Rusiya” sovxozunda, sonra “Babək” adına sovxozda fəhlə olaraq işləmiş və 20 il iş stajı qazanmışdır. Sovxoz bağlanandan sonra o, pay torpaq sahəsində işləmiş, eyni zamanda ahıl və xəstə olan valideynləri, 1930-cı il təvəllüdlü X4 və 1934-cü il təvəllüdlü X8 qulluq göstərmişdir, bu səbəbdən işləyə bilməmişdir. Qanunvericiliyə əsasən əmək pensiyası təyin edilməsi üçün sənədlərini DSMF-nin Xaçmaz rayon şöbəsinə təqdim edəndə müraciəti müsbət həll olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X3 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Valideynlərinin hər ikisinin bacısının öhdəsində olmasına dair qonşuların iştirakı ilə tərtib edilmiş akt var, həmin arayışı Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi tabeliyində Dövlət X18 publik hüquqi şəxsin Xaçmaz rayon nümayəndəliyinə təqdim etmişdir, başqa sübutları yoxdur. Onlar 5 övladdırlar, və bacısından savayı hər birinin öz təsərrüfatları var. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi tabeliyində Dövlət X18 publik hüquqi şəxsin Xaçmaz rayon nümayəndəliyinin nümayəndəsi X14 dindirilərək bildirmişdir ki, əmək pensiyasını müəyyən etmək üçün əmək kitabçası olmalıdır. Lakin ərizəçinin əmək kitabçası yoxdur, yalnız arxiv arayışları var. Kənd İƏV-nin nümayəndəsinin arayışında ərizəçinin anasına qulluq göstərməsi qeyd olunmamışdır. Ona görə ona sosial sığorta stajının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1957-ci ildə Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonunun Palçıqoba kəndində yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 963827 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 093321 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarından müəyyən olunur ki, valideynlərinin hər ikisinin Ərizəçi öhdəsində olmasına dair Xaçmaz rayon Palçıqoba kənd sakinlərinin iştirakı ilə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarıxli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu köçürülmüşdür. Ərizəçi tərəfindən 1934–cü il təvəllüdlü mərhumə anası X6 2004-cü il tarixdən 2019-cu il tarixə qədər, 1930-cu il təvəllüdlü atası X2 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək öhdəsində olması faktlarını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi şəxsin öhdədə olması faktının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi şəxsin öhdədə olması faktının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1579/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1579/2020
29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver