Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1580/2020 29.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizələrnə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, ərizəçilərdən Ərizəçi1 müəyyən olunmuş məbləğdə dövlət rüsumunun qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmiş, digər iddiaçı Ərizəçi2 isə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir . Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Qeyd edilən nöqsanın məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(067)-871/2020 saylı qərardadında göstərilməsinə və həmin əsasla ərizənin geri qaytarılmasına baxmayaraq Ərizəçi2 tərəfindən həmin nöqsan aradan qaldırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçilərə izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah olunur ki, göstərilən nöqsanı aradan qaldırmaqla ərizə ilə aidiyyatı məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1580/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1580/2020
29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver