Məhkəmə qərarları › İş №2(067)-1583/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1583/2020

03.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1583/2020 03.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Komissiya qərarının ləğv edilməsi və əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən onun barəsində tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli, 02211710 nömrəli aktın, həmin akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» xx xxxxxxx 2019-cu il tarixli komissiya qərarının ləğv edilməsi və həmin sənədlər əsasında ona hesablanmış 529 manat 20 qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən onun barəsində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli, 02211710 nömrəli akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» xx xxxxxxx 2019-cu il tarixli komissiya qərarının ləğv edilməsi və həmin sənədlər əsasında ona hesablanmış 529 manat 20 qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşayış evinə Qaz İdarəsi tərəfindən qaz sayğacı quraşdırılmış və o, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəmiş, heç bir borcu da olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Xaçmaz RQİİ-nin işçiləri evinə gələrək evlərinə quraşdırılmış ******* №-li qaz sayğacını dəyişdirərək 01501431 nömrəli yeni qaz sayğacı qoymuşlar və bu barədə xx xxxxxxxx 2019-cu il tarixli akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları ona heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarıldıqdan bir müddət sonra Qaz İdarəsinin əməkdaşları evinə gələrək ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni «sayğacın çıxış plasmas borusu deşilib» rəyi verilmişdir. Onlar bu barədə xx xxxxxxx 2019-cu il tarixli ******* №-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən ona 5292 kub metr qaz sərfiyyatı və 529 manat 20 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli ******* №-li akt əsasında yazılmış xx xxxxxxx 2019-cu il tarixli komissiya qərarı ilə qəti razı deyildir. Belə ki, istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Sayğacın hesablama mexanizminin qapağının alt hissədən deşilməsi halının nə vaxt baş verməsi məlum deyildir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirmiş, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib etmişlər və həmin sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqla istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Ona görə də hesab edir ki, tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» xx xxxxxxx 2019-cu il tarixli hesablamanın nətisələrinə dair komissiya qərarı ləğv edilməli və həmin sənədlər əsasında ona əsassız olaraq hesablanmış 529 manat 20 qəpik məbləğ silinməlidir. Göstərilənlərə əsasən iddia tələbinin əsaslı olduğundan təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı evin qaz sayğacı Xaçmaz regional qaz istismarı idarəsinin əməkdaşları tərəfindən ekspertizaya göndərilmiş və müəyyən olunmuşdur ki, sayğaca müdaxilə edilmişdir. Ekspertizanın nəticəsinə görə qüsur aktı tərtib edilmiş və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» xx xxxxxxx 2019-cu il tarixli komisiya qərarına əsasən iddiaçıya 529 manat 20 qəpik ziyan hesablanmışdır. Yenisi ilə əvəz olunmuş qaz sayğacı hal-hazırda onlarda yoxdur. Köhnə sayğacın yenisi ilə əvəz edilməsinə dair, həmçinin təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş aktların iddiaçıya təqdim edilməsinə dair ona heç bir kitaba imza etdirilməmiş, ümumiyyətlə qaz idarəsində belə bir kitab mövsud deyildir. Sayğacın istismar müddəti 5 ildir. Qanuna əsasən sayğacın təhlukəsizliyinin təmin edilməsinə fiziki şəxslər deyil, qaz təchizatçısı cavabdehlik daşısa da, hesab edir ki, sayğasa iddiaçı tərəfindən müdaxilə edildiyinə görə, dəymiş ziyanı da o, ödəməlidir. Həmçinin hesab edir ki, iddiaçının sayğasa müdaxilə etməsi tərtib olunmuş müvafiq sənədlərlə sübuta yetir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı evə quraşdırılmış G 4 markalı, ******* saylı mexaniki qaz sayğası «Sayğacın çaxaş borusu şübhəli» qeyd edilməklə yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğasda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğası texniki qaydalara savab verir. Qaz sayğası abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğas yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, İddiaçı yaşayış evinə quraşdırılmış ******* saylı mexaniki qaz sayğası «sayğasın çıxış plastmas borusu deşilib». Dəymiş ziyan və yeni sayğasın dəyəri abonent tərəfindən ödənilməlidir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli «İtirilmiş qazın bərpası üzrə» hesablanmış hesablama sənədində göstərilmişdir ki, qaz işlədiçilərindən PQ-3-nin maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş recimi 6 saat, hesabat müddəti 90 gün, istilik sistemi 28 kw-lik kombini maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş recimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. İtirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş qeyd olunan sənəddə cəmi 5292 kub metr qaz sərfiyyatına görə qalıq borsu hesablanmışdır. Əsas: xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli akt. İş materiallarında olan Cavabdeh İB-nin abonent İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı dəymiş ziyana görə 529,20 manat məbləğində pul hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, isra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra- qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə vuraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğasa müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məsmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia hazırki həcmdə təmin edilməli və Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən İddiaçı barəsində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli, 02211710 nömrəli akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» xx xxxxxxx 2019-cu il tarixli komissiya qərarı ləğv edilməli, həmin sənədlər əsasında İddiaçı hesablanmış 529 manat 20 qəpik məbləğində borc pul silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən İddiaçı barəsində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli, 02211710 nömrəli akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» xx xxxxxxx 2019-cu il tarixli komissiya qərarı ləğv edilsin və həmin sənədlər əsasında İddiaçı hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat 20 (iyirmi) qəpik məbləğində borc pul silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar