Məhkəmə qərarları › İş №2(067)-159/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-159/2024

05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-159/2024 05.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimQasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Ağtala kəndində xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmiş Xaçmaz rayonun Ağtala kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsinə mirasın vəsiyyət üzrə tərəfindən qəbul edilməsi faktını müəyyən edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2008-ci il tarixində vəfat etmiş X2 beş övladı vardır. İştirak etdiyi məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir.xx.xx.2008-ci il tarixində vəfat etmiş X2 vərəsəsidir. Onun mirasdan pay almaq hüququ vardır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbini irəli sürsə də, işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, xx.xx.2008-ci il tarixində vəfat etmiş X2 Cavabdeh başqa birinci növbə vərəsələri mövcuddur. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 ailə tərkibi bu şəxslərdən ibarətdir: əri- X18 (xx.xx.1928), oğlu- X12 (xx.xx.1962), oğlu-X10 (xx.xx.1963), qızı- X5 ( xx.xx.1965) İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 xx.xx.1955-ci il tarixli nikahından xx.xx.1962-ci il təvəllüdlü X11 doğulmuş və xx.xx.1962-ci il tarixində vəfat etmiş, 2-ci övladı xx.xx.1963-cü il təvəllüdlü X11 və xx.xx.1965-ci il təvəllüdlü 3-cü övladı X6 doğulmuşdur. xx.xx.2024-cü il tarixində X7 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, onun anası Şamamadır. O da onun vərəsəsidir. Qeydiyyat şöbəsi onun adını Şamamanın övladları sırasında qeyd etməmişdir. Bundan başqa bildirmişdir ki, onlar beş bacı qardaşdırlar. O bunların məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Quba rayonu Söhüb kəndində anadan olmuşdur. Atası: X18, anası X4r. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində vərəsələrin dairəsini düzgün müəyyənləşdirməyərək iddia irəli sürmüş, işin araşdırılan halları əsasında vərəsələrin dairəsinin müəyyən olunması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır.İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Göründüyü kimi işin araşdırılan hallarına və iş materiallarında olan sənədlərdən görünür ki, digər vərəsələr mirasdan imtina etməmişdirlər. Bu səbəbdən iddiaçı digər vərəsələr ilə birlikdə əmlakı qəbul etmiş vərəsə hesab edilməklə mirasdan hər birinə paylarının müəyyən olunması ilə bağlı ilk öncə müvafiq notariat orqanına müraciət edə bilərlər. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və ərizənin həll edilməsi digər vərəsələrin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağından hazırki iddiaya baxılması qeyri-mümkündür. Odur ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki mülki iş Azərbaycan RespublikasıMPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsibaxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar